Dünya

Zelenski Ukraynaya kütləvi raket hücumunun səbəbini açıqladı

Sharing is caring!

Rusiya hərbçiləri döyüş meydanında Ukrayna müdafiəçilərilə bacara bilmədikləri üçün raket terroruna əl atırlar.

Bunu öz videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukraynanı qorxutmaq mümkün deyil. Yalnız daha çox birləşdirmək mümkündür. Ukraynanı dayandırmaq mümkün deyil. Yalnız daha çox inandırmaq mümkündür ki, terrorçuları zərərsizləşdirmək lazımdır. İndi də işğalçılar döyüş meydanında bizə qarşı çıxa bilmirlər və buna görə də onlar belə terrora əl atırlar. Gəlin döyüş meydanını düşmən üçün daha ağrılı edək. Dağıdılanları isə biz bərpa edəcəyik”, – dövlət başçısı bildirib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir