Dünya

Tarixə düşmüş futbolçu avtomobil qəzasında öldü

Sharing is caring!

Şotlandiyalı futbolçu Gevin Stoks 30 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, o, Qlazqo şəhərindəki dairəvi yolda avtomobil qəzasına düşərək dünyasını dəyişib.

Hadisə zamanı oyunçunun yanındakı şəxslərdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, Gevin Stoks yalnız yerli klublarda çıxış edib. O, tarixdə ən tez vurulmuş qollardan birinin müəllifidir. Futbolçu start fitindən cəmi 2 saniyə sonra topu rəqib qapısından keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir