Dünya

Dinozavrları öldürən asteroidin zərbəsi bir neçə ay davam edən zəlzələlərə səbəb olub

Sharing is caring!

Yeni geoloji sübutlar göstərir ki, Çikşulub asteroidinin Yerə düşməsi nəticəsində yaranan qlobal fəlakət həftələr və bəlkə də aylar sonra davam edən güclü zəlzələlərlə müşayiət olunub.

Təxminən 66 milyon il əvvəl 10 kilometrlik asteroid Yerlə toqquşub və nəhayət dinozavrların uzun sürən şahlığı dövrü başa çatıb.

Zərbə ən güclü sunami dalğaları və zəlzələlər də daxil olmaqla qlobal miqyasda fəlakətə səbəb olub. Toqquşmanın enerjisi 1023 joul olaraq qiymətləndirilir ki, bu da 2004-cü ildə 9,1 bal gücündə Sumatrada baş verən güclü zəlzələdən on minlərlə dəfə yüksəkdir.

Mənbə: naked-science.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir