Dünya

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi – FOTO

Sharing is caring!

ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.

Nyu-York meri Erik Adams şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar bu qərarı verib.

“Biz böhran vəziyyətindəyik. Bu ilin aprelindən bəri 17 mindən çox sığınacaq axtaran şəxs cənub sərhədlərimizdən avtobusla Nyu Yorka gətirilib. Onların əksəriyyəti Cənubi Amerikadandır. Bu gün mən Nyu-Yorkda fövqəladə vəziyyət elan edirəm və müvafiq nizamnaməni dərc edirəm”, – deyə o, metropol sakinlərinə müraciəti zamanı bildirib.

Mer Erik Adams qeyd edib ki, bu tədbir bütün qurumların daha yaxşı əlaqələndirilməsi, miqrantlara yardım mərkəzlərinin tikintisi və bürokratik prosedurların sadələşdirilməsi məqsədi daşıyır.

Adamsın sözlərinə görə, şəhərdə evsizlər üçün sığınacaqlar sistemi hazırda 100% yüklənib.

Bu il Texas, Arizona və Florida hakimiyyəti Meksika sərhədini qanunsuz keçdikdən sonra ABŞ-a daxil olan əcnəbiləri kütləvi şəkildə avtobuslarla Vaşinqton, Nyu-York və digər böyük şəhərlərə göndərməyə başlayıblar. Beləliklə, onlar ABŞ Prezidenti Co Baydenin miqrasiya siyasətinə etirazlarını ifadə edirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir