Dünya

Filippində qasırğa milyon yarımdan çox insana zərər vurub: İtkin düşənlər var

Sharing is caring!

Sentyabrın 25-də Filippinin Luzon adasında dağıntılara və itkilərə səbəb olan “Noru” qasırğası artıq 1,5 milyondan çox insana zərər vurub.

Bu barədə Filippin Respublikasının Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Şurasının hesabatında deyilir.

Qeyd olunur ki, qasırğa ilə əlaqədar 91 mindən çox insan evlərini əvvəlcədən tərk edib, 68 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, beş nəfər itkin düşüb.

Qasırğa 85,8 mindən çox evə ziyan vurub, onlardan 14 mini tamamilə dağılıb.

44 şəhərdə fövqəladə vəziyyət hökm sürür. Kənd təsərrüfatına 50 milyon dollara yaxın ziyan dəyib, 1,5 milyon hektar əkin sahəsi zərər çəkib.

Mənbə: BELTA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir