Dünya

Türkiyədə yaşayış binası çökdü, insanlar dağıntılar altında qaldılar – VİDEO

Sharing is caring!

Türkiyənin Kırşehir şəhərinin Çiçekdağ rayonunda yaşayış binasında təbii qaz partlayışı baş verib.

Səlahiyyətlilər dağıntılar altında insanların qaldıqlarını bildiriblər.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunublar.

Dağıntılar altında qalan dörd nəfər çıxarılaraq yaxın xəstəxanalara aparılıb. Aydilge adlı kiçik qız xilas edilib. Onun valideynləri xəstəxanaya yerləşdiriliblər.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir