Dünya

Zaporojye AES-in baş direktoru qaçırıldı

Sharing is caring!

Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının (AES) baş direktoru İqor Muraşovu saxlayıb və naməlum istiqamətə aparıblar.

Bu barədə “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalat Şirkəti dövlət müəssisəsinin prezidenti Pyotr Kotin məlumat verib.

Rusiyalı hərbçilərin patrulu Muraşovu stansiyadan Enerqodara gedərkən saxlayıb. Maşın saxlanılıb, özü həbs olunub və gözübağlı halda naməlum istiqamətə aparılıb. Zaporojye AES-in baş direktorunun harada olması və taleyi barədə məlumat yoxdur.

“Zaporojye AES-in baş direktoru atom elektrik stansiyasının nüvə və radiasiya təhlükəsizliyi üçün əsas və müstəsna məsuliyyət daşıyır. Onun həbsi Avropanın ən böyük atom elektrik stansiyasının fəaliyyəti üçün təhlükə yaradır”, – deyə Kotin vurğulayıb.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir