Dünya

Suriyada vəbaya yoluxanların sayı 400-ü keçdi

Sharing is caring!

Suriyada 426 nəfərdə vəba vibrionunun yaratdığı kəskin bağırsaq infeksiyasına yoluxma halları qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ən çox yoluxma halı ölkənin şimalında, Hələbdə – 260 nəfərdə aşkarlanıb. Orada 28 nəfər vəbadan həyatını itirib. Ümumilikdə ölkədə xəstəlikdən 33 ölüm qeydə alınıb.

Respublika Səhiyyə Nazirliyi Suriya vətəndaşlarına müraciət edərək, onları sanitariya və gigiyenik normalara ciddi riayət etməyə, təmiz içməli sudan istifadə etməyə, meyvə və tərəvəzləri yaxşıca yumağa, infeksiyaya şübhə olduqda vaxtında xəstəxanaya getməyə çağırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir