Dünya

Böyük Britaniyaya sükut çökəcək

Sharing is caring!

Böyük Britaniyada sentyabrın 18-i London vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 23:00) “Big Ben”in zəngi ilə bir dəqiqəlik sükut elan ediləcək.

Saatın ilk zəngi sükut dəqiqəsinin başlanğıcını, ikinci zəndi isə onun sonunu bildirəcək.

Dəfn mərasimi zamanı isə “Big Ben” bir dəqiqəlik fasilələrlə zəng çalacaq. Zəng səsi daha sakit etmək üçün səsboğucudan istifadə ediləcək.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın dəfn mərasimi qeyri-iş günü elan edilən 19 sentyabra təyin olunub.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir