Dünya

Türkiyədə kurort şəhərində meşə yanğını: Yaşayış məntəqələri təhlükədə – FOTO/VİDEO

Sharing is caring!

Türkiyənin kurort şəhəri Muğlanın Ula mahalında güclü meşə yanğını baş verib.

Məlumata görə, küləyin təsiri ilə güclənən yanğın bəzi yaşayış məntəqələrini təhlükə altına alıb. Bununla belə, hələlik təxliyə məsələsinin gündəmdə olmadığı vurğulanıb.

Yerli hökumət nümayəndələrinin sözlərinə görə, yanğınla mübarizəyə 37 yerüstü texnika, 19 su təchizatı maşını, 23 yerüstü briqada, altı buldozer və Muğla regional meşə təsərrüfatı idarəsinin 100-ə yaxın meşə təsərrüfatı işçisi, o cümlədən bələdiyyə yanğınsöndürmə briqadaları iştirak edir. Bundan başqa, yanğın yerinə səkkiz helikopter və beş təyyarə cəlb olunub.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir