Dünya

III Karl və həyat yoldaşı Bukingem sarayına köçməyəcəklər

Sharing is caring!

Britaniya kralı III Karl və həyat yoldaşı Kamilla Londondakı Klarens Hausu kral iqamətgahı etmək qərarına gəliblər və Bukingem sarayına köçməyəcəklər.

Yeni monarx və kraliça yoldaşı uzun müddət şahzadə Çarlzın iqamətgahı olan evi yaşamaq üçün daha rahat hesab edirlər.

Bu arada, Bukingem sarayında 2027-ci ilə qədər davam edəcək təmir və təkmilləşdirmə işləri aparılır.

Kral ailəsinə yaxın mənbələr III Karlın Bukingem sarayını ictimaiyyət üçün daha açıq edəcəyini istisna etmir. Yeni monarx sarayı şənliklər, dövlət ziyafətləri və digər rəsmi tədbirlərin mərkəzinə çevirə bilər.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir