Dünya

Ərzincan faciəsinin 79-cu ildönümündə yenə zəlzələ oldu

Sharing is caring!

Türkiyənin Ərzincan şəhərində zəlzələ olub.

XəbərAl.az “Posta”ya istinadənxəbər verir ki, zəlzələnin gücü Rixter şkalası üzrə 4,3 bal olub. Təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, 1939-cu ilin 27 dekabrında Ərzincanda 7,9 bal gücündə zəlzələ baş vermişdi. Dünya tarixində ən çox insan itkisi yaşanan zəlzələdə 32 min 962 nəfər uçqunlar altında və donaraq can verib.