Cəmiyyət

Suraxanıda avtomobillər toqquşub, yaralanan var

Bakının Suraxanı rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb. “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Ramil Eliyaroviç Əliyev xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Narkotik qəbul edib maşın sürdü, həbs olundu

Yevlaxda narkotik vasitə qəbul edərək avtomobil sürən şəxs həbs olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Zaur Talıbov saxlanılıb. Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. […]

Cəmiyyət

Xətai rayonunda gənc oğlanı avtomobil vurub

Bakının Xətai rayonunda gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. “Report” xəbər verir ki, 1998-ci il təvəllüdlü Mehdi Müşfiq oğlu yolu Mehmanov keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər

Moskvanın Solntsevo Rayon Məhkəməsi vakansiyalarda “yalnız slavyanlar üçün” qeydinin yazılmasını qadağan edib. Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Məhkəmə qərara alıb ki, vakant yerlərin elanı zamanı insanlardan slavyan görünüşünə malik olmasını və ya slavyan milliyyətinə mənsub olmasını tələb etmək qanunun və asayişin əsaslarına ziddir. Məhkəmənin yaydığı sənədə əsasən, gələcəkdə bu elanları yerləşdirənlər cinayət məsuliyyətinə cəlb […]

Dünya

Gözlənilməz səfər: Antoni Blinken Ukraynaya gedib

ABŞ-nin Dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. Bu barədə onu müşayiət edən AFP müxbiri məlumat yayıb. Onun sözlərinə görə, Blinken gecə qatarla Polşadan Ukraynaya gedib və bu gün Prezident Volodimir Zelenski ilə görüşü nəzərdə tutulur. Səfəri əvvəlcədən rəsmi şəkildə elan olunmayan dövlət katibi bir daha ölkəsinin Ukraynaya dəstəyini vurğulayacaq. Xatırladaq ki, Ukraynada müharibə […]

MARAQLI

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? – Mütəxəssisdən TÖVSİYƏ

“Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olur”. Bu barədə Rusiyanın tanınmış endokrinoloqu Anastasiya Qalyanova xəbərdarlıq edib. O bildirib ki, mikrodalğalı sobada yemək isidərkən zərərli maddələrin əmələ gəlməsi qab-qacağın materialından asılıdır. “Belə ki, mikrodalğalı sobada birdəfəlik plastik qablar və plastik konteynerlərdən istifadə etməmək daha yaxşıdır. Plastik […]

İqtisadiyyat

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

“İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir”. Bunu Sunja Şəhər Şurasının sədr müavini Adam Kalimatov bildirib. Onun sözlərinə görə, İnquşetiya hökuməti yaxın iki ildə stansiyanın fəaliyyətini bərpa etməyi planlaşdırır. “Hökumət dəmir yolunun bəzi hissələrini boşaltmaq və onları qorumaq üçün konkret addımlar atır. Yerli sakinlərlə izahedici işlər […]

Dünya

İranda repressiv qüvvələrin zorakılığı: Yerli sakinləri avtomobilə salaraq qaçırırlar – VİDEO

İranın Kərəc şəhərinin Qohərdəşt bölgəsində bir şəxsin hökumət qüvvələri tərəfindən məcburi şəkildə avtomobilə mindirilməsinin görüntüləri yayılıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Videodan göründüyü kimi, bir neçə nəfər yerli sakini zorla avtomobilə salaraq qaçırırlar. Sosial media istifadəçiləri qeyd ediblər ki, bunun insan oğurluğu, yoxsa həbs olduğu bəlli deyil. Çünki repressiv qüvvələr artıq hər […]