İqtisadiyyat

Minimum əməkhaqqı nə qədər arta bilər? – AÇIQLAMA + FOTO

“Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılıb”. Oxu.Az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib. O vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. “Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin […]

Cəmiyyət

Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI – RƏSMİ

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb. Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb. O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. […]

Cəmiyyət

Bakıda itkin düşən 11 yaşlı uşaq tapılıb – YENİLƏNİB

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindən çıxaraq itkin düşən uşaq tapılaraq ailəsinə təhvil verilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2013-cü il təvəllüdlü M.Kərimov hüquq-mühafizə orqanları tərəfindən Binəqədi rayonu istiqamətində tapılaraq ailəsinə təhvil verilib. 10:50 Bakıda 11 yaşlı uşaq itkin düşüb. Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 2013-cü il təvəllüdlü M.Kərimov yaşadığı Qaradağ rayon, “Qobu Park” […]

Siyasət

Prezident ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, İan Borq Azərbaycan Prezidenti ilə bu il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşü və müzakirələri məmnunluqla xatırlayaraq səfərinin regional xarakter daşıdığını deyib. O, Maltanın […]

Siyasət

Ermənipərəst senator Menendesin məhkəməsi iyulun əvvəlinədək davam edəcək

Korrupsiyada və Misir ilə Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edilən Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendesin məhkəməsi iyulun əvvəlinə qədər davam edəcək. Mayın 13-də Nyu-Yorkun Cənub Dairəsində məhkəmə andlı iclasçıların seçilməsi ilə başlayıb. Lazımi sayda andlı iclasçıları seçmək hələlik mümkün olmayıb. Qeyd edək ki, məhkəmənin iyulun 4-dək davam edəcəyi gözlənilir. Mənbə: […]

Dünya

Məşhur türkiyəli aktrisa vəfat etdi – FOTO

Məşhur türkiyəli teatr və kino sənətçisi Ayten Gökçer 84 yaşında dünyasını dəyişib. Aktrisa 1960-cı illərdən bu yana bir çox tamaşa və filmlərdə rol alıb. Ayten Gökçer “Taçsız kral”, “501 numaralı hücre”, “İçli kız Funda”, “Damdakı kemancı”, “Anneler günü”, “IV. Murat”, “Bağdat hatun”, “Önce Canan”, “Elif Ana”, “Hoşçakal Güzin”, “İstanbul kırmızısı” kimi filmlərdə, “Yılan hikayesi”,  “Boss […]

Cəmiyyət

Yevlaxda yeniyetməni qatar vurdu

Yevlaxda dəmiryolu stansiyasında yeniyetməni qatar vurub. Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hərəkətdə olan Ağstafa-Bakı sərnişin qatarı Yevlax stansiyasına yaxınlaşan zaman 2011-ci il təvəllüdlü Ö.Əlizadəni vurub.  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, qəzadan sonra uşaq dərhal xəstəxanaya çatdırılıb. Tibbi müdaxilə olunub, həyati təhlükəsi yoxdur. Hazırda […]

Siyasət

Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsinin olduğunu görə bilərik. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya Prezidenti Vladimir Putinin […]

Siyasət

Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsinin olduğunu görə bilərik. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya Prezidenti Vladimir Putinin […]