İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı dörd faiz artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1% azalıb, qeyri neft-qaz sektorunda isə 7,7% artıb. ÜDM istehsalının 40,3%-i sənaye, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar […]

Dünya

Yer kürəsini daha bir günəş qasırğası vuracaq: Alimlər tarixləri açıqlayıblar – FOTO/VİDEO

Günəşdə partlayışlar, yəni çoxlu sayda yüklü hissəciyi ehtiva edən elektromaqnit şüalanma emissiyaları baş verməkdə davam edir. Onlar ulduzun səthində güclü maqnit aktivliyinə görə sürətlənir və artır. ABŞ Milli Okean və Atmosfer Administrasiyası xəbərdarlıq edib ki, mayın 14-də çərşənbə axşamı və ya mayın 15-də çərşənbə günü Günəş radiasiya qasırğasının Yer kürəsini vurması ehtimalı 60 faizdir. Yeni Günəş […]

İdman

Cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Cüdo üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb Oxu.Az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri 19-24 mayda cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi çempionatda Azərbaycanın cüdo üzrə milli yığma komandası 8 çəki dərəsində 9 kişi və iki qadın idmançı ilə təmsil olunacaq. […]

Cəmiyyət

Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi – RƏSMİ AÇIQLAMA + VİDEO

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında gərginlik yaşanıb. Baku.ws-in məlumatına görə, buna səbəb sərnişin avtobuslarında əlil arabaları üçün qoyulmuş pandusların sürücü tərəfindən açılmaması olub. Sərnişinlər fiziki məhdudiyyətli şəxs üçün sürücü tərəfindən pandusun açılmasını tələb ediblər. Sürücü pandusu açmaq istəmədikdə isə gərginlik daha da alovlanıb. Baş verənlər başqa bir sərnişin tərəfindən anbaan lentə alınıb. Mübahisələrin ardınca […]

İdman

UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq

Bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsində yeni qaydalar tətbiq olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə UEFA Hakimlər Komissiyasının rəhbəri Roberto Rosetti açıqlama yayıb. Onun sözlərinə görə, tətbiq olunacaq qaydalara əsasən, matç zamanı yalnız komandanın kapitanı hakimlə ünsiyyət qura bilər. Əks halda hakimə başqa futbolçu yaxınlaşarsa, cəzalandırılacaq. “Müasir futbolda hakim olmaq çox çətindir. Görüşün […]

Cəmiyyət

Lüks avtomobilin “Statistika dairəsi”ndə törətdiyi qəza ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

İnşaatçılar prospektində baş verən qəzanın səbəbi iki avtomobilin toqquşmasıdır. Bunu Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib. O, qeyd edib ki, hadisə bu gün saat səkkiz radələrində paytaxtın Yasamal rayonu, İnşaatçılar prospektində qeydə alınıb. “Belə ki, “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi “Ravon” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Mercedes-Benz” markalı […]

Cəmiyyət

Azərbaycanlı tələbə ABŞ universitetindən 100 min dollarlıq təqaüd alacaq

Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-nin Mərkəzi Florida Universitetinin doktorantura səviyyəsinə qəbul olub. Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib. Bildirilib ki, o, universitetin xüsusi nailiyyəti olan tələbələr üçün nəzərdə tutulan “ORCGS doctoral fellowship” proqramına seçilib və ildə 100 min dollar təqaüd qazanacaq. Qeyd […]

Cəmiyyət

Füzulidə üç su anbarı bərpa edilib: Altı min hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək – FOTO

Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş üç su anbarı azad edilmiş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində müvafiq təmir-bərpa işləri həyata keçirilib. “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Atakişi Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr […]

Cəmiyyət

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Bu ilin ilk rübü ərzində Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi məlumat yayıb. Qeyd edilib ki, yanvar-aprel aylarında ümumilikdə 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 58,5 min nəfəri münasib işlərlə təmin edilib, 1,3 […]

Kriminal

Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”

“Kibertalamaya məruzqalma riskləri artır, hər kəs diqqətli olmalıdır”. Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. O, vətəndaşları sosial şəbəkələrdəki dələduzlardan ehtiyatlı olmağa çağırıb: “Vətəndaşlar, dayanın! Kibertalamaya məruzqalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiberüsulla hazırlanan nömrələrdən daxil […]