İqtisadiyyat

Saatlıq əməkhaqqı tətbiq olunarsa, maaşlar artırılacaq? – Ekspert AÇIQLADI + FOTO

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Təklif edilən dəyişiklik hələ qüvvəyə minməsə də, bir çox vətəndaş sözügedən mövzu barədə məlumatlı olmadığı üçün narahatdır.  Maraqlıdır, çalışanlar üçün bu yeniliyin mənfi və müsbət cəhətləri nə olacaq?  Bununla bağlı iqtisadçı ekspert Emin Qəribli “Yeni Sabah”a açıqlama verib:  “Yeni standart və qaydaların tətbiq edilməsinin səbəbi […]

Cəmiyyət

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi – Yeni Təyinat

Baş Prokurorluqda yeni kadr dəyişikliyi olub. Manşet.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli öz istəyi ilə ərizə yazaraq vəzifəsindən ayrılıb. Baş prokuror Kamran Əliyevin digər əmri ilə həmin vəzifəyə baş ədliyyə müşaviri Əsəd Əliyev təyin edilib. Əsəd Əliyev bundan əvvəl adıçəkilən idarədə böyük prokuror […]

Cəmiyyət

Sel suları İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic etdi – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

“Hadisə dünən axşam saat 20 radələrində baş verib və qəfil gələn sel suları avtomobil yolunun tikinti aparılan hissəsinə dolub”. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, qısa zaman ərzində sel sularının istiqaməti dəyişdirilib və problem aradan qaldırılıb: “Suyun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəqliyyatın hərəkətində yaranmış […]

Dünya

Qazaxıstanda təhlükəli vəziyyət: Daşqınlar ölümcül xəstəlikdən vəfat edənlərin məzarlarını açdı – VİDEO

Qazaxıstanın qərbində daşqınlar pik həddə çatıb. Baş nazirin müavini Bozumbayevin verdiyi məlumata görə, qarayara xəstəliyindən vəfat edənlərin dəfn olunduğu 10 məzarlıq su altında qalıb. Hazırda həmin ərazilərdə dezinfeksiya işləri aparılır. “Aktobe vilayətinin iki yaşayış məntəqəsinə nəqliyyatın gedişi dayandırılıb. Buna baxmayaraq, insanlar ərzaq və dərmanla təmin olunublar”, – deyə Bozumbayev bildirib. Qeyd edək ki, təxliyə mərkəzlərində […]

Mədəniyyət

Fransada 77-ci Beynəlxalq Kann Film Festivalı başlayır

Fransada 77-ci Beynəlxalq Kann Film Festivalı başlayır. Qeyd olunub ki, müsabiqənin proqramında 22 film olacaq. Tamaşaçıların görəcəyi ilk film fransız rejissoru Kuentin Düpyenin “İkinci akt” filmi olacaq. Münsiflər heyətinə amerikalı rejissor, ssenarist, “Kiçik qadınlar”, “Ledi Berd” və “Barbi” kimi filmlərin müəllifi Qreta Qerviq rəhbərlik edəcək. Mənbə: kp.ru Xeberal.az

İdman

FIFA Türkiyə klubuna ağır cəza verdi

FIFA Türkiyənin “Adana Demirspor” klubunu ağır cəzalandırıb. Məlumata görə, komanda keçmiş baş məşqçi Patrik Klyuyvertə olan borcunu ödəmədiyi üçün üç transfer müddətinə cəzalandırılıb. Türkiyə mediası “Adana Demirspor” klubunun niderlandlı çalışdırıcıya 142 min avro borclu olduğunu bildirib. Qeyd edək ki, Patrik Klyuyvert mövsümün əvvəllərində “Adana Demirspor” klubunu çalışdırsa da, qış transfer pəncərəsində komandadan ayrılmışdı. Mənbə: Sporx.com Xeberal.az

İqtisadiyyat

Azərbaycanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb

Bu il aprelin 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 748,9 min nəfər olub, onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, muzdla işləyənlərin 19%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,4%-i […]

Cəmiyyət

Sabah yağış yağacaq, külək əsəcək – PROQNOZ

Ölkə ərazisində mayın 15-nə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 16-19 dərəcə isti […]

Kriminal

Yasamalda 70 yaşlı kişi intihar edib

Yasamal rayonunda yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaşayış kompleksində intihar hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, dünən saat 14 radələrində 1954-cü il təvəllüdlü Rasim Əhmədov özünü yaşadığı binadan atıb. Kompleksdəki 23 saylı binadakı mənzilin yataq otağının pəncərəsindən özünü atan şəxs hadisə yerində ölüb. Bildirilib ki, R.Əhmədov bir müddət imiş ki, yaddaş pozuntusundan əziyyət […]

İdman

Azərbaycanda federasiyaya yeni vitse-prezident seçildi

Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib. Federasiyanın Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, bu gün İcraiyyə Komitəsinin növbəti iclası baş tutub. Toplantıda federasiyanın 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə azərbaycanlı idmançıların iştirakı müzakirə olunub. Gündəlikdə olan digər məsələ federasiyanın vitse-prezidentinin seçilməsi olub. AÜF-ün prezidenti Xanlar Fətiyev bu […]