İdman

Arda Güler ​​sevgilisi ilə fotolarını paylaşdı – FOTO

“Real Madrid”də forma geyən türkiyəli futbolçu Arda Güler “Instagram”da ailəsi və sevgilisi ilə yeni fotolarını paylaşıb. O, paylaşımı ilə ​gənc qızların xəyallarını alt-üst edib. Güler sevgilisi Duru Naymanla görüntülərini “Son günlər həyat” başlığı ilə dərc edib. Cütlük səmimiyyəti və xoşbəxtliyi ilə diqqət çəkib. Fotolar çoxlu sayda bəyənmə və müsbət şərhlərlə qarşılanıb. Xeberal.az

Cəmiyyət

“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO

“Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. Artıq bəzi məkanlarda yer tapılmır, qiymətlərdə isə əvvəlki illərə nisbətən artım müşahidə olunur. Restoran administratorlarının sözlərinə görə, qiymətlərin yüksək olmasının əsas səbəbi ərzaq qidalarının, xüsusilə də, ət və süd məhsullarının baha olmasıdır. Banket və restoranlarda mövcud qiymətlər isə adam sayı və menyuya görə dəyişir: minimum 50 manatdan 100-150 […]

Dünya

Tayvan parlamentində kütləvi dava: Hakim partiyanın üzvü bülletenləri götürərək qaçdı – VİDEO

Tayvan parlamentində millət vəkilləri arasında parlament islahatları ilə bağlı kəskin mübahisələr baş qaldırıb. Ölkənin yeni seçilmiş Prezidenti Lay Szin-tenin qanunvericilik çoxluğu olmadan vəzifəyə başlamasından bir neçə gün əvvəl, tayvanlı millət vəkilləri Nümayəndələr Palatasının islahatları ilə bağlı şiddətli mübahisələr zamanı bir-birilərini itələyərək dava ediblər, bir-birilərinə yumruq atıblar. Deputatlar spikerin kreslosu ətrafında izdiham yaradıblar, bəziləri masaların üzərindən […]

Cəmiyyət

Saxta pullarla insanları aldatma halları artır – VİDEO

Son dövrlər etibarsız pullarla insanları aldatma halları artır. Xezerxeber.az-ın məlumatına görə, belə bir hal Oğuzda baş verib. Xeyriyyəçilik adı ilə insanlara saxta 100 manatlıqlar paylayan şəxs, onlardan qalıq məbləğ kimi 50 manatlıqları yığaraq aradan çıxıb. Ekspertlər isə bildiriblər ki, son vaxtlar bu cür saxta pullarla insanları aldadanların sayı artıb. Vəkil Anar Ramazanov deyir ki, bu […]

MARAQLI

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

“Neuralink” şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək “Telepathy” implantı ilə eksperiment üçün daha bir könüllü axtarır. Oxu.Az-ın məlumatına görə, bu barədə amerikalı milyarder İlon Mask özünün “X” hesabında bildirib. “Neuralink” ikinci iştirakçı üçün ərizələri qəbul edir. Bu, bizim kibernetik beyin implantı “Telepathy”dir. Onun sayəsində, sadəcə, düşünməklə telefonunu və kompüteri idarə etmək […]

Cəmiyyət

İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? – VİDEO

“Mənim bütün döyülməklərim qısqanclıq üstündə olub”. Bu sözləri 14 gündür itkin düşən Şəbnəm Alıyeva Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində səsləndirib. O evdən qaçma səbəblərindən danışıb: “Telefon işlətməyə icazə vermirdi. Qohumlarımla və anamla görüşməyə qadağa qoymuşdu, deyirdi ki, səni anan öyrədir. Lakin davasını belə etmirdim. İşləməyə də icazə vermirdi. Mən bütün bunların hər birinə razı idim. Sevib ailə […]

İdman

Beş güləşçimiz Avropa çempionatının finalında

Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatında növbəti gün arxada qalıb. Oxu.Az xəbər verir ki, beş sərbəst güləşçimiz finalda mübarizə aparacaq. Həlledici görüşlər bu gün keçiriləcək. 41 kq çəkidə millimizin iki üzvü qızıl uğrunda yarışacaq. Qeyd edək ki, qadın güləşçilərimiz mübarizəni erkən başa vurublar. Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə […]

Cəmiyyət

Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? – VİDEO

Paltarı kimisi tikdirməyin, kimisi isə almağın tərəfdarıdır. Xüsusən də, bu məsələ abituriyent və tələbələr üçün daha aktualdır. Paltarı tikdirməyə üstünlük verənlər deyirlər ki, bu, əsasən almaqdan daha baha başa gəlir. Satıcıların sözlərinə görə, parça bazarı may ayında daha çox canlanır. Buna səbəb isə, Son zəng və məzuniyyət günlərinin yaxınlaşmasıdır. Onların sözlərinə görə, qiymətlər istehsal olunduğu […]

İdman

A Seriyası: “Fiorentina” – “Napoli” matçında qalib müəyyənləşmədi

İtaliya A Seriyasında 37-ci turun “Fiorentina” və “Napoli” komandalarının qarşılaşmasında qalib müəyyənləşməyib. Ev sahiblərinin 2 qoluna qonaqlar eyni sayda dəqiq zərbə ilə cavab veriblər – 2:2. Hazırda “Fiorentina” turnir cədvəlində səkkizinci yerdədir. Komanda 37 oyundan 54 xal toplayıb. “Napoli” isə 52 xalla 9-cu pillədədir. Turnirdə ilk yeri isə vaxtından əvvəl İtaliya çempionu olan “İnter” (92) […]

İdman

“Borussiya” klubu yeni formasını təqdim edib – FOTO

Dortmund “Borussiya”sı yeni mövsüm üçün formasını təqdim edib. Məlumata görə, “sarı-qaralar” bu dəfə formasının rənglərində olmasa da, görünüşündə ciddi dəyişiklik ediblər. Belə ki, öncəki formada fərqli dizaynla azarkeşlərini heyrətə gətirən Almaniya klubu bu dəfə sadəliyə doğru üz tutub. Qeyd edək ki, “Borussiya” rəsmiləri formanın gələn aydan satışa çıxarılacağını bildiriblər. Mənbə: Goal.com Xeberal.az