Cəmiyyət

Göyçayda məişət tullantıları ilə çirklənən çay yatağı təmizlənir – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

“Göyçay rayonunda yağan leysan yağışlar nəticəsində Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillərin sel vasitəsilə çaya gətirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar aidiyyəti quruma məlumat verilib”. Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Akif Məmmədov deyib. O bildirib ki, hazırda çay tullantıların idarə olunmasına cavabdeh qurum olan Göyçay […]

Cəmiyyət

Balakəndə qanunsuz tikili sökülüb – VİDEO

Balakən rayonunun Hənifə kəndi ərazisində vətəndaş tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb. Xeberal.az

Cəmiyyət

Şərurlu İsfəndiyar: “Deputat olmaq fikrim yoxdur, savadsız adamam”

“Deputat olmaq fikrim yoxdur. Allah eləməsin. Mənim öz işim var, öz işimi görürəm. Gedib parlamentdə səhv danışaram, savadsız adamam, oxumamışam. Camaatı, dövləti aldadım?” Bu sözləri Pravda.az-a açıqlamasında “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.  “Mənlik deyil, adımı belə şeylərdə hallandırmasınlar. Parlament seçkisinə namizədliyimi irəli sürməklə bağlı təklif gəlsə, qətiyyən qəbul etmərəm”, – deyə iş adamı əlavə edib.  Xeberal.az

Dünya

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisi üçün işçi qrupu yaratmağa hazırlaşır. Məlumata görə, işçi qrup “Yol departamenti” fondu adlanacaq. Qeyd olunur ki, belə bir zərurət İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin axınının artması, həmçinin Əkərək-Qacaran yolunun bir hissəsinin tikintisi layihəsinin həyata keçirilməsi fonunda yaranıb. Mənbə: Sputnik Ermənistan Xeberal.az

Cəmiyyət

Azərbaycan Milli QHT Forumunun yeni rəhbəri seçilib – YENİLƏNİB + FOTO

Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. “Report” xəbər verir ki, qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti dörd ildən beş ilə qaldırılıb. Həmçinin təşkilatın köhnə tərkibi tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb. Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs […]

Dünya

Gürcüstan parlamentində yumruqlar işə düşdü – VİDEO

Gürcüstan parlamentində “Xarici agentlər haqqında” qanun layihəsinə baxış zamanı dava düşüb. Məlumata görə, müxalifət deputatları ilə hakim “Gürcü arzusu”nun nümayəndələri arasındakı toqquşma parlamentin spikeri Şalva Papuaşvilinin texniki fasilə elan etməsinə səbəb olub. Görüş qısa müddət sonra bərpa olunub, lakin vəziyyət gərgin olaraq qalır. Mənbə: Sputnik Gürcüstan Xeberal.az

Kriminal

Tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən şəxs Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən […]

Mədəniyyət

Əminə Yusifqızı: “Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım”

“Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım. Əlbəttə ki, seçirəm”. Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əminə Yusifqızı deyib. O, efirlərdə görünməməsinin səbəblərindən danışıb: “Artıq elə bir yaşdayam ki, məni hansı verilişə dəvət edəcəklərini bilirlər. Hər zaman efirləri, verilişləri seçmişəm. O vaxtı televiziyada qiraət verilişləri var idi. Televiziyada artıq heç nə yoxdur. Heyif ötən günlər! Düz deyiblər […]

Cəmiyyət

Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI – FOTO

“Aparıcı-aktyor Elcan Rəsulovun vəziyyəti yaxşıdır”. Bu barədə Oxu.Az-a onun köməkçisi Rauf Əlizadə məlumat verib. O, aktyorun güclü soyuqdəymə keçirdiyini qeyd edib: “Elcana güclü soyuq dəyib. Bronxlarında problem yaranıb. Bir neçə müddət öncə də xəstələnmişdi. Müalicə almadı, öskürürdü. Xəstəliyi ayaqüstü keçirdi. İndi də xəstələndi. Bir müddət öncəki xəstəlik ilə yenisi üst-üstə yığıldı”. R.Əlizadə aktyorun ötən gün […]

Cəmiyyət

Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar

Sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə qumar oyunlarının, icazəsiz lotereyaların reklamı ilə bağlı xəbərdarlıq edilib.  Oxu.Az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə aid səhifələrdə keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı […]