İqtisadiyyat

Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”

“Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in növbəti sərmayələrinin həyata keçirilməsi üzrə işlərini sürətləndirilməsini təmin edib”. “Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri və SOCAR-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişi”nin imzalanması zamanı SOCAR-ın bu ölkədəki fəaliyyəti və gələcək planlarına toxunarkən bildirib. […]

İdman

Azərbaycanın futbol millisinin baş məşqçisinin müəyyənləşəcəyi tarix bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin müəyyənləşəcəyi tarix bəlli olub. Bu barədə “Report”a AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov məlumat verib. Onun sözlərinə görə, yığmada baş məşqçi məsələsi iyunun əvvəlində dəqiqləşəcək. “Həmin vaxt iclasımız gerçəkləşəcək. Toplantıda hər şeyə aydınlıq gələcək”, – deyə Səməd Qurbanov vurğulayıb. Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi […]

Cəmiyyət

Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Muxtar respublika ərazisində yağıntılı hava şəraiti hökm sürür. Naxçıvan şəhərinə və ətraf rayonlara leysan yağıb, şimşək çaxıb, dolu düşüb. Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib. Bildirilib ki, intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb. Nazirliyin qüvvələri ərazilərə cəlb olunub, suyun çəkilərək kənarlaşdırılması təmin edilir. 15:04 […]

Siyasət

Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib – FOTO

Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyəti mayın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə […]

Dünya

Həbs edilən rusiyalı generalın evindən qızıl sikkələr, bahalı əşyalar tapıldı – VİDEO

Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin əməkdaşları ötən gün saxlanılan Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsovun evində axtarış aparıblar. Qeyd olunur ki, aparılan axtarış nəticəsində malikanədən 100 milyon rubldan çox nağd pul, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar aşkar edilib. Axtarış zamanı evdə generalın həyat yoldaşı və qızı […]

Cəmiyyət

Ağamirzə Məmmədov: “Müğənnilər efirlərə nə gəldi geyinirlər, amma gücləri meyxanaçılara çatır” – FOTO

“Bəzi müğənnilər heç efir geyimlərini bilmirlər. Qadın, kişi müğənnilər efirlərə nə gəldi geyinirlər. Bir kəlmə də irad bildirən yoxdur. Onların gücü ancaq meyxanaya, meyxanaçılara çatır”. Bunu “Qaynarinfo”ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov sosial şəbəkə izləyicilərinin səsləndirdiyi “meyxana ifaçılarına efir qadağası qoyulmalıdır” kimi fikirlərə münasibət bildirərkən deyib. Meyxanaçı həmin insanların haqlı olmadığını dilə gətirib: “Hamı düşüb meyxanaçıların üstünə, […]

Cəmiyyət

Allergiya mövsümü: Nəyə diqqət edək və necə qorunaq? – VİDEO

Mövsümi allergiyalar martın əvvəllərindən iyulun ortalarına qədər davam edir. Bunu əsasən bitkilərin tozlanma dövrü ilə əlaqələndirirlər. Terapevt Xumar Novruzova qeyd edir ki, bu tip allergiyaları olan bəzi xəstələr pəhriz saxlamalıdırlar. O bildirib ki, allergiyaları olan insanlar çalışmalıdırlar ki, səhər saat 12:00-a qədər küləkli havalarda çölə çıxmasınlar. Daha ətraflı Azad Azərbaycan Televiziyasının (ATV) süjetində: Xeberal.az

Cəmiyyət

Azərbaycanda nazir müşaviri vəzifəsindən azad edildi

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə vəzifəsindən azad olunub. “Report”un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. Bildirilib ki, o, çalışmanın son yaş həddinə görə (pensiyaya çıxma yaşı) işdən çıxarılıb. Qeyd edək ki, Rasim Səttarzadə 2021-ci ildən bu vəzifəyə təyin olunmuşdu. Xeberal.az

Kriminal

Rəşad Dağlı əfv olunacaq? – Vəkildən AÇIQLAMA

Yaxın vaxtlarda növbəti əfv sərəncamının olacağı gözlənilir. Əfv Komissiyasına müraciətlər davam edir. Bəs əfv sərəncamı ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər? Mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Vüqar Babayev bildirib ki, Rəşad Dağlının əfv olunma şansı çox azdır: “Əfv haqqında Əsasnamə” var. Həmin əsasnaməyə görə, ağır və xüsusilə ağır cinayət törətmiş […]