Dünya

Putinin yeni köməkçiləri kimlərdir? – SİYAHI – YENİLƏNİB + FOTO

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi vəzifəsinə Nikolay Patruşevlə yanaşı Aleksey Dyumin və Ruslan Edelqeriyev də təyin olunub. 52 yaşlı Aleksey Dyumin 1996-2013-cü illərdə Rusiya Federal Mühafizə Xidmətində vəzifəli olub, ölkə daxilinə və xaricinə səfərlərdə prezidenti müşayiət edib. Daha sonra Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə komandanlıq edib, 2015-ci ildə Rusiya Quru Qoşunları baş komandanının birinci […]

Cəmiyyət

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı […]

İqtisadiyyat

Nazir: “Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyəyə, gələcəkdə isə dünya bazarına çatdıracaq” – FOTO

“Azərbaycan və Türkiyə təbii qaz sahəsində əməkdaşlığa dair Saziş imzalayıb”. “Report”un məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişi”nin imzalanma mərasimində bildirib. “Bu gün imzalanan sazişin mənalarından biri odur ki, biz Azərbaycanın enerji ehtiyatlarının, ilk növbədə təbii qazın Türkiyəyə, Türkiyə üzərindən Avropa bazarlarına çatdırmaqla yanaşı, […]

İqtisadiyyat

Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb. O bu barədə özünün “X” hesabında paylaşım edib. Bildirilib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığı, birgə reallaşdırılan layihələr və yeni əməkdaşlıq imkanlarını müzakirə edilib. “Türkiyəyə səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Həyata keçirəcəyimiz yeni əməkdaşlıq istiqamətlərinin Azərbaycan və Türkiyənin strateji […]

Cəmiyyət

Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? – VİDEO

Avtomobillərin yay mövsümünə düzgün şəkildə hazırlanmaması bir sıra problemlərə yol aça bilər. Bəs, nəqliyyat vasitəsinin yay mövsümünə keçidi dedikdə nə nəzərdə tutulur? Avtomobil təmirçiləri bildirirlər ki, ilk olaraq əyləc və soyutma mayeləri yoxlanılmalıdır. Həmçinin, yay aylarında bəzi avtomobillərin detallarında yağaxıtma kimi hallar da müşahidə edilir. Bundan əlavə avtomobilin şinləri də fəsilə uyğun şəkildə yenilənməlidir. Daha […]

İdman

Rafael Varan rəsmi olaraq “Mançester Yunayted”dən ayrıldı – FOTO

Fransalı müdafiəçi Rafael Varan “Mançester Yunayted” klubundan ayrılıb. Məlumata görə, “qırmızı şeytanlar”ın rəsmiləri Rafael Varanla müqaviləni uzatmayacaqlarını bildiriblər. Futbolçu iyul ayından etibarən sərbəst futbolçu – azad agent statusu qazanacağı üçün “Mançester Yunayted” müdafiəçinin satışından heç bir gəlir əldə edə bilməyəcək. Qeyd edək ki, Rafael Varan “Mançester Yunayted” forması ilə ümumilikdə 93 oyunda meydana çıxıb, iki qol, […]

Siyasət

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib – FOTO

Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Yan Borq arasında təkbətək müzakirələrdən […]

Mədəniyyət

Kann festivalına təqdim etdiyi filmə görə həbs cəzası verilən rejissor İrandan qaçdı – FOTO

İranda səkkiz il müddətinə azadlıqdan məhrum edilən məşhur kinorejissor Məhəmməd Rəsulof gizli şəkildə İranı tərk edərək Avropaya gedib. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə o özünün “Instagram” hesabında paylaşım edib və ölkədən çıxmasına kömək edənlərə təşəkkürünü bildirib. O, Avropanın hansı ölkəsində olduğunu açıqlamayıb. Rejissor bildirib ki, bundan sonra İranın coğrafi sərhədlərində olmasa belə, İranın […]

Cəmiyyət

Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” – VİDEO

Bir müddət əvvəl Bakıda ölümlə nəticələnən qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb. Oxu.Az xəbər verir ki, o, bu barədə öz “Instagram” profilində paylaşım edib. Aparıcı qəzadan heç kimin sığortalanmadığını deyib. “Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Kadrları izləmişəm. Orada mənim günahım yoxdur”, – deyə o həmin videoda […]