İdman

“Qəbələ”nin doğrulmayan ümidləri: İdman prinsiplərinə yanlış yanaşma, yoxsa faciə sayılmayan eniş? – FOTO

13 may 2024-cü il tarixində keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında komanda sayının artırılması məsələsi müzakirəyə çıxarılıb. Çıxarılan qərar “Qəbələ” klubun APL-də qalmaq ümidlərinin üzərindən xətt çəkib. Belə ki, iclasda hazırkı mərhələdə klubların sayını olduğu kimi saxlayıb, qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməklə onun mərhələli şəkildə artırılması istiqamətində işlərin davam etdirilməsi […]

Cəmiyyət

Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq

Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, sabah əməliyyat olunacaq. Bu barədə APA-ya şair özü məlumat verib. Onun sözlərinə görə, bir neçə gün öncə yenidən müayinə edilib: “Buna qədər belə hesab edilirdi ki, əməliyyat risklidir. Kimyəvi terapiya müalicəsi daha məqsədəuyğun hesab edilmişdi. Amma bu müayinə onu deməyə əsas verdi ki, mənim yenidən əməliyyat şansım var. Xəstəxanadayam. […]

Cəmiyyət

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ

Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. “Unikal”ın əldə etdiyi məlumata görə, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib. Sonuncu dəfə Azərbaycanın Estoniyada səfiri işləyən Anar Məhərrəmov bundan öncə də Mehriban Eyyubova tərəfindən birgə nikah dövründə alınan əmlakın bölünməsi […]

Dünya

Avropol hakerlərin hücumuna məruz qalıb

Avropol hakerlərin hücumuna məruz qalıb. Hakerlər məxfi məlumatları kibercinayətkar qruplar arasında məşhur olan onlayn forumda yerləşdirərək, onları satdıqlarını bildiriblər. Qeyd edilib ki, hakerlər oğurlanmış məlumatların bəzilərini “gizli qeydlər” adlandırıblar. Mənbə: Osnmedia.ru Xeberal.az

Dünya

İrəvandakı “keşiş-şou”da İran izi: Tehran üçün “böyük dividend” hədəfi – ŞƏRH + FOTO

Ermənistanda keşiş Baqrat Qalstanyanın anti-Paşinyan aksiyası davam edir. Kilsə nümayəndəsi və onu dəstəkləyənlərin aksiyası “Vətən Tavuş uğrunda” adlansa da, yürüşdə irəli sürülən iddialar, hökumətə verilən ultimatumlar bunun əksini ehtimal etməyə əsas verir. Yəni keçirilən aksiya “vətən”, “torpaq” və bu kimi başqa böyük amallar uğrunda deyil. Yürüşlərdə bir qayda olaraq, baş nazir Nikol Paşinyanın istefası tələb […]

MARAQLI

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə “mane olub”? – FOTO

Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğu və hətta evlənmək istədiyi üzə çıxıb. Belə ki, 2000-ci illərin əvvəlində perspektivli yumoristin “Rossiya-1” kanalının ən gözəl qadınlarından biri, “Utro Rossii” verilişinin aparıcısı Anastasiya Çernobrovina ilə münasibəti olub. Karyerasının əvvəlində cazibədar Nastya getdikcə populyarlaşan Maksim Qalkinin diqqətini çəkib. Nastya Qalkini o qədər […]

Cəmiyyət

Müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək

Azərbaycanda müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçirəcək. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd olunub ki, 17 may – 14 iyun tarixlərində atlar (atçılıq təsərrüfatları istisna olmaqla), arılar və donuzlar arasında fərdi və fermer təsərrüfatlarında təsadüfi seçmə üsulu ilə təyin olunmuş ərazilərdə keçiriləcək monitorinqlər zamanı xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması […]

Dünya

Keşiş Baqrat – erməni müxalifətinin fiaskosunun simvolu – VİDEO

Ermənistan müxalifətinin paytaxt İrəvanda təşkil etdiyi “kütləvi” etiraz aksiyalarının fonunda, bütün bu təlxəkliyin haradan başladığını qısaca xatırlayaq. Bu barədə Caliber.Az-ın “YouTube” kanalında yayımlanan növbəti videotəhlildə qeyd olunur. Müəllif xatırladır ki, hələ iki ay bundan əvvəl, daha dəqiq qeyd etsək, martın 9-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin erməni həmkarı ilə sayca yeddinci görüşünün yekunlarına dair bəyanat […]

Siyasət

Bakıda ənənəvi “Ailə Festivalı” keçirilir – FOTO

Bu gün Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilir. Oxu.Az xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, bloqerlər, türk dövlətlərinin […]

Siyasət

Bakıda ənənəvi “Ailə Festivalı” keçirilir – FOTO

Bu gün Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilir. Oxu.Az xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, bloqerlər, türk dövlətlərinin […]