Siyasət

Ceyhun Bayramov Ermənistanla sülh sazişində əsas tələb olunan məqamı AÇIQLADI – VİDEO

“Hesab edirəm ki, əldə edilmiş nəticə tarixi nəticədir. Delimitasiya olunan hissə dövlət sərhədinin 10 kilometrdən bir qədər artıq hissəsidir”. Oxu.Az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, delimitasiyanın ən […]

Siyasət

Bakı Təşəbbüs Qrupu Fransanın zorakılığı ilə bağlı bəyanat yaydı – FOTO

Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair Bəyanat yayıb. Bəyanatda deyilir: “Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ilə əlaqədar ciddi narahatlığını bildirir. Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlar bizdə […]

Cəmiyyət

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (səkkizi azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı […]

Siyasət

Yunanıstan XİN başçısı: “Türkiyə ilə münasibətlərdə yeni mərhələ başlayıb”

“Yunanıstan və Türkiyə arasında münasibətlərin yeni mərhələsi başlayıb”. Bunu Yunanıstanın xarici işlər naziri Giorqos Gerapetritis ERT televiziyasına müsahibəsində deyib. O bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 13-də Ankarada baş tutan görüşdən sonra iki ölkə arasında əlaqələrdə yeni mərhələnin əsası qoyulub. Yunanıstanlı nazir iki ölkə arasında yüksək səviyyədə […]

Kriminal

Ondan kömək istəyən ahıl kişini qarət etdi

Lənkəran sakini olan ahıl kişi kömək üçün müraciət etdiyi şəxs tərəfindən cinayətə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, ahıl şəxs Bakıda yaşayan qohumuna ödəniş terminalı vasitəsilə pul göndərmək istəyib. Amma o, terminalın iş prinsipindən baş çıxarmadığı üçün yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına […]

Dünya

Aleksandr Bortnikov: “İrəvan Rusiya hərbçilərinin Azərbaycanla sərhəddən geri çəkilmələrini xahiş edib”

“Rusiya sərhədçiləri Ermənistanda mövcudluğunu davam etdirəcək”. Bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizəd Aleksandr Bortnikov bildirib. “Bizim Ermənistanda sərhədçilər timsalında mövcudluğumuz qalır”, – deyə o, Federasiya Şurasında çıxışında bildirib.  Aleksandr Bortnikov qeyd edib ki, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədini qoruyacaqlar. Onun sözlərinə görə, İrəvan Rusiya hərbçilərinin müvəqqəti əməliyyat qruplarının Azərbaycanla sərhəd xəttindən geri […]

Cəmiyyət

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

“Nikah yaşı ilə bağlı artıq Komitə tərəfindən təklif irəli sürülüb. Biz bu təklifi elə-belə verməmişik”. Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən ənənəvi “Ailə Festivalı”nda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin nikah yaşı ilə bağlı qanunvericilikdə hər hansı dəyişikliklərin gözlənilib-gözlənilmədiyinə dair sualını cavablandırarkən deyib. Onun sözlərinə […]

Dünya

İranın keçmiş prezidentindən sensasiyalı məktub – VİDEO

2013-21-ci illərdə, yəni səkkiz il müddətində İran prezidenti olmuş Həsən Ruhani ilə İranda seçkilərin keçirilməsinə nəzarət edən, o cümlədən namizədlərin səlahiyyətini təsdiqləyən Nəzarət Şurası arasında üç aydan artıq davam edən söz davası özünün kulminasiyasına çatıb. Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilir. Belə ki, bu ilin yanvar ayında Nəzarət Şurası martın 1-də […]

Kriminal

Xəzər dənizinin Azərbaycana mənsub sularında narkotik vasitə aşkarlanıb – FOTO/VİDEO

Ələt reydində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 10,7 mil (17 km) məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, may ayının 12-də DSX-nin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı […]

Mədəniyyət

Mahsun Kırmızıgül Bakıdadır

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tanınmış müğənninin təyyarəsi 15:45-də eniş edib. Qeyd edək ki, sənətçi may ayının 17-18-də Bakı Konqres Mərkəzində sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Sevilən ifalarını səsləndirəcək. Nəzrin Vahid Xeberal.az