Cəmiyyət

Azərbaycanın bəzi ərazilərinə qar yağıb, 7 dərəcə şaxta olub – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 18-i saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Düşən yağıntının […]

Siyasət

“Heydər Əliyev Kuboku-2024”: Doqquz boksçumuz finala yüksəlib

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. Döyüşlərin yekununa əsasən, Azərbaycan millisinin daha doqquz idmançısı finala yüksəlib. Oxu.Az Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, yarımfinalda məğlub olan boksçular isə bürünc medala layiq görülüblər. Turnirdə final döyüşləri bu gün keçiriləcək. Yığmamızın heyətində daha öncə yeddi boksçu da həlledici […]

Mədəniyyət

“Tutsi” filminin məşhur aktyoru vəfat edib

Məşhur ABŞ-li aktyor Dabni Koulman 92 yaşında vəfat edib. Bu barədə onun qızı məlumat yayıb. Aktyor Kaliforniya ştatının Santa-Monika şəhərindəki evində dünyasını dəyişib. Koulman “Doqquzdan beşə” (1980), “Tutsi” (1982), “Müharibə oyunları” (1983), “Sizə məktub var” (1998), “Balaca Stüart” filmlərindəki rolları ilə məşhurdur. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Bakıda iki avtoqəza baş verib, sıxlıq yaranıb – FOTO

Bakının Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində və Aeroport şosesində yol-nəqliyyat hadisələri baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki qəza səbəbindən metronun “20 Yanvar” stansiyası və mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür. Xeberal.az

Cəmiyyət

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri – Şuşadan REPORTAJ + FOTO

44 günlük Vətən müharibəsinin, sözsüz ki, ən həyəcanlı anlarından biri Prezident İlham Əliyevin tvitləri, xalqa müraciətləri, eyni zamanda beynəlxalq mediaya verdiyi müsahibələr idi. Azərbaycan xalqı müharibənin gedişatı, əldə olunan uğurlar barədə məhz sözügedən fəaliyyətlər sayəsində xəbər alırdı. İşğaldan azad edilən kəndlərin, qəsəbələrin, rayonların adları sadalandıqca nəfəslər kəsilir, hər kəs işğaldan azad edilən növbəti şəhər və […]

Cəmiyyət

Bir-birini gözləməyib maşınlarını əzdilər – FOTO

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, Azadlıq prospekti ilə H.Ələsgərov küçəsinin kəsişməsində “KIA Optima” və VAZ markalı avtomobillər toqquşub. Maşınlara ciddi ziyan dəyib, xəsarət alan yoxdur. Hadisənin baş verməsinə səbəb kimi işıqforun qırmızı işığında sürücülərin bir-birini gözləməməsi göstərilir. Əzizə İsmayılova Xeberal.az

Dünya

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda “birbaşa olmayan danışıqlar” aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley iştirak ediblər. Qeyd edək ki, İrandan məsləhətləşmələrdə kimin […]

İdman

“Fənərbağça”nın ulduzu mövsüm sonunda “Arsenal”a keçəcək

Türkiyənin “Fənərbağça” klubunun ulduz futbolçusu Ferdi Kadıoğlu karyerasını İngiltərənin “Arsenal” komandasında davam etdirəcək. Məlumata görə, “topçular” cinah hücumçusu üçün 25 milyon avro ödəməyi qəbul ediblər. Qeyd edək ki, Ferdi Kadıoğlu bu mövsüm “Fənərbağça” forması ilə çıxdığı 49 oyunda üç qol, beş məhsuldar ötürmə ilə yadda qalıb. Mənbə: Fotomaç.com.tr Xeberal.az

Cəmiyyət

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi – FOTO

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir: “Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi […]

Dünya

Bişkekdə etirazlar: Daxili qoşunlar ərazini mühasirəyə aldı – FOTO/VİDEO

Bişkekin mərkəzində, Çuyski prospekti ilə Kurmanjan Datka küçəsinin kəsişməsində minə yaxın insan toplaşıb. Məlumata görə, daxili qoşunlar vətəndaşların toplaşdığı küçəni mühasirəyə alıb. Bildirilir ki, mühasirəyə alınan Çuyski prospekti ilə 7 aprel küçəsinin kəsişməsində təhlükəsizlik qüvvələri dayanıb. Xatırladaq ki, mayın 13-də əcnəbilərin yaşadığı Bişkek hostellərindən birinin həyətində onların iştirakı ilə dava baş verib. İğtişaşlar zamanı bir […]