Dünya

Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoyacaq

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici təsirlər haqqında qanunla bağlı vetodan istifadə edəcəyini təsdiqləyib, lakin bunun simvolik jest olacağını etiraf edib. “Hər halda heç bir illüziya yox idi. Onlar parlamentdə çoxluğa malikdirlər. Mən vetodan istifadə edirəm. Bu qanun simvolik olduğu kimi, bu da simvolik veto olacaq”, – o, CNN telekanalına müsahibəsində deyib. Qeyd […]

Cəmiyyət

Bakıda təcili yardım maşını qəzaya düşüb: Yol bağlandı

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb. Manset.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Belə ki, 77-JD-368 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım maşını Sabunçu-Zabrat yolunda 99-TL-160 nömrəli “Hyundai” ilə toqquşub. Qəzaya görə, yolun bir istiqamətində tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.  Xeberal.az

Kriminal

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ötən ilin fevralında Bakıda yerləşən hoteldə qeyri-rəsmi münasibətdə yaşadığı qadını pəncərədən atan 1995-ci il təvəllüdlü Şükür Qənbərova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, sevgilisi Aysel Həsənovanı (şərti) Nəsimi rayonu ərazisindəki “Af Hotel”in 6-cı mərtəbəsindən atan şəxs Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib. Araşdırma zamanı məlum olub ki, Şükür Qənbərov Ağcabədi […]

Siyasət

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev – VİDEO

Tikdirdiyi binaların sayına görə Bakı milyonçuları arasında birincilik qazanmış Ağa Musa Nağıyevə Sovet hakimiyyəti illərində “İstismarçı kapitalist” damğası vurulmuşdu. Hətta Ağa Musaya “xəsis” deməkdən də çəkinmirdilər. Halbuki onun həyatına, fəaliyyətinə nəzər yetirdikdə tamam başqa nəticəyə gəlmək olur. Bəs əslində, Ağa Musa Nağıyev kim idi? Ağa Musa Nağıyev 1849-cu ildə Bakının Biləcəri qəsəbəsində kasıb ailədə anadan olub. […]

İqtisadiyyat

Ətin qiyməti qalxmaqda davam edəcək? – VİDEO

Hər il yaz mövsumündə ucuzlaşan ətin bu dəfə qiyməti enmir. Xezerxeber.az-ın məlumatına görə, hazırda bazarlarda quzu əti 18-19 manata, dana əti isə 14-15 manata təklif olunur. Satıcılar deyirlər ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır, mövsümi ucuzlaşma isə gözlənilmir. Onların sözlərinə görə, bahalığın səbəblərindən biri də bazar alverçilərinin fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən hey­vanları […]

İqtisadiyyat

Bazarda pomidorun qiyməti od tutub yanır: Səbəb nədir? – VİDEO

Üzü yaya getsək də, pomidorun qiymətində ucuzlaşma müşahidə olunmur. İqtisadçı Rəşad Həsənov bildirib ki, pomidorun bahalaşmasına səbəb təklifin tələblə müqayisədə aşağı olmasıdır. Satıcılar isə deyirlər ki, yaxın müddətdə pomidor ucuzlaşacaq. Buna səbəb bazara getdikcə daha çox məhsulun daxil olmasıdır. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində İsveçrə ilə ikili diplom proqramından istifadəyə başlanılır. Belə ki, bu yenilik İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində tətbiq ediləcək. İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti “SMBS – Swiss Montreux Business School” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Peşə Təhsil […]

Cəmiyyət

Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub

Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub. Oxu.Az xəbər verir ki, Bakıdakı stansiyadan saat 18:50-də çıxmalı olan sərnişin qatarı 30 dəqiqə gecikib. Sərnişinlər iddia edirlər ki, paralel olaraq Bakı-Pirşağı-Sumqayıt sərnişin qatarı da qrafik üzrə hərəkət etməyib və gecikmə olub. Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün sərnişin qatarlarının hərəkət qrafikində hər hansı gecikmə […]

Cəmiyyət

Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib.  “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseynov bu vəzifədə 2017-ci ildən çalışırdı. Xeberal.az

Dünya

ABŞ Gürcüstanla bağlı şərtini AÇIQLADI

“Gürcüstan hakimiyyəti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişiklik edilərsə, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənəcək”. Bunu Tbilisidə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib. “Əgər bu qanun dəyişdirilərsə və Aİ standartlarına cavab verərsə, bu, yalnız bizim strateji tərəfdaşlığımızı, əlaqələrimizi gücləndirəcək”, – o deyib. O`Brayen qeyd edib ki, əgər Tbilisi […]