Cəmiyyət

Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır

       Bu gün Azərbaycan-Belarus əlaqələrinin inkişafı və münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir. Bu, ilk növbədə prezident İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında mövcud dostluq əlaqələrinin nəticəsidir. Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini və qarşılıqlı əlaqələrin sıxlığını, hər şeydən öncə dövlət başçılarının səmimi dostluq münasibətləri şərtləndirir.        Qeyd edək ki, iki ölkə […]

Siyasət

Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir

Azərbaycan özünə dost bildiyi ölkələr üçün daim etibarlı strateji tərəfdaş olub və olaraq qalmaqdadır. Bu gün Bakı bütün dünya ilə səmimi və açıq danışır, ayrı-ayrı ölkələrlə münasibətlərini də məhz bu müstəvidə qurur. Azərbaycanın özünə səmimi dost, etibarlı tərəfdaş saydığı ölkələrdən biri də Belarusdur. Diplomatik əlaqələrin qurulduğu otuz bir il ərzində iki ölkə arasında əməkdaşlıq yüksələn […]

Hüquq

FUAD ƏLƏSGƏROV – 65: HƏQİQƏTİN MÜŞAVİRİ

Dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır. Ümumiyyətlə, dövlət qulluğu təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, […]

Tədbirlər

Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Cari ilin 17 may tarixində Türkiyə Respublikasının Ankara şəhərində Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatı (BTK), Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzi (USOM), Türkiyə Kiber Təhlükəsizlik Klastrı və sahə üzrə fəaliyyət göstərən bir sıra Türkiyə şirkətlərinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə “Hacktrick” adlı kibertəhlükəsizlik konfransı və 19 may tarixinədək davam edəcək yarış […]

Media

İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil:- Tünzalə İsmayılova

İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil:- Tünzalə İsmayılova XəbərAl.az xəbər verir ki, sosial şəbəkələrdə Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov və oğlunun polis əməkdaşları tərəfindən saxlanılması xəbərinin doğru olub, olmadığın bilmək üçün “Şərur” MTK” -nın Mətbuat Xidməti Tünzalə İsmayılova əlaqə saxladıq. O, açıqlamasında xəbərin yalan olduğunu söylədi.Əvvala onu qeyd […]

Dünya

Ekofəallar Münhen hava limanının bağlanmasına səbəb oldular

Almaniyada radikal “Letzte Generation” hərəkatının ekoloji fəalları Münhen hava limanının aerodromuna daxil olaraq orada növbəti etiraz aksiyası keçiriblər. Nəticədə hava limanı qısa müddətə bağlanmalı olub. “Hava limanı təhlükəsizlik səbəbi ilə bağlanıb, çünki iqlim fəalları uçuş-enmə zolağındadırlar”, – deyə hava limanının sözçüsü bildirib. O əlavə edib ki, bu, səhər saatlarında Münhendə planlaşdırılmış enişlərə təsir edib. Gələn […]

Dünya

“Liverpul”un sükanı arxasına kimin keçəcəyi təsdiqlədi

Arni Slot keçirilən mətbuat konfransında “Liverpul” klubunu çalışdıracağını rəsmi olaraq təsdiqləyib. Məlumata görə, 3 il “Feynoord”u  çalışdıran təcrübəli mütəxəssis yeni mövsümdən etibarən karyerasını “Liverpul”da davam etdirəcək. “Artıq rahat şəkildə deyə bilərəm ki, yeni mövsümdən etibarən Yürqen Kloppu mən əvəz edəcəyəm. Ümid edirəmki, klub rəhbərliyinin etimadını doğrulda biləcəm”. Arni Slot “Feynoord” klubunu çalışdırdığı müddətdə altı ildən […]

Cəmiyyət

DİM sədri: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”

“Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir: “Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid […]

Cəmiyyət

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Xatırladaq ki, […]

Dünya

Qəzzada atəşkəs danışıqları dayandırılıb

İsrail hökuməti ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında danışıqlar dayandırılıb. Məlumata görə, münaqişə tərəflərinin girovların azad edilməsi şərtləri ilə bağlı razılığa gələ bilməməsi səbəbindən məsləhətləşmələr dalana dirənib. Tərəflər girovların azad edilməsi şərtlərini heç cür razılaşdıra bilmirlər. Həmçinin, “müharibənin sonu” termini, İsrailin terrorçuların adlarına veto qoymaq tələbi ilə bağlı da fikir ayrılıqları var. Qeyd edək ki, […]