Mədəniyyət

Məşhur türkiyəli aparıcı dünyasını dəyişib

Türkiyə televiziyasının məşhur adlarından olan Erkan Yolaç uzun müddət müalicə aldığı xəstəxanada 89 yaşında dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, Erkan Yolaç nəfəs darlığı səbəbi ilə xəstəxanaya yerləşdirilibmiş. “Dəyərli televiziya aparıcısı Erkan Yolaçın müalicəsi çoxyönlü yanaşma ilə davam etdirilirdi. Təəssüflər olsun ki, uzun müddət reanimasiya şöbəsində müalicə alan pasiyentimiz dünyasını dəyişdi”, – deyə xəstəxanadan bildirilib. […]

Cəmiyyət

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

Bakıda çoxmərtəbəli binaların tikintisini həyata keçirən “Qaraxan” Mənzil-Tikinti Kooperativinin (MTK) dövlətə milyonlarla manat vergi borcu yaranıb.  “Qaynarinfo”nun məlumatına görə, MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 424 581,29 manat vergi borcu var.  Şirkətin qanuni təmsilçisi Adil Sarı oğlu Məmmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub. Vergi borcunun ödənilməsi üçün […]

Dünya

Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu

Slovakiyanın hücuma məruz qalan Baş naziri Robert Fitso mayın 17-də növbəti dəfə əməliyyat olunub. Bu barədə Slovakiya baş nazirinin müavini, eyni zamanda Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinyak məlumat verib. Onun sözlərinə görə, buna baxmayaraq, Fitsonun vəziyyəti hələ də ağır olaraq qalır. Kalinyak əlavə edib ki, həkimlərə baş nazirin sağlamlığı ilə bağlı dəqiq söz söyləmək üçün […]

Siyasət

Nazirlər Kabinetində müşavirə keçirilib – FOTO

Nazirlər Kabinetində (NK) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin dörd ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qeyd olunub ki, Aparat rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti […]

Cəmiyyət

Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər

Azərbaycanda hakimlərin əməkhaqqına yenidən baxılması təklif olunur. “Report” xəbər verir ki, bu təkliflə Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli Indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü iI üzrə Yol Xəritəsi” layihəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda çıxış edib. İşçi […]

Kriminal

Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Oxu.Az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisindəki mənzillərin birindən ümumi dəyəri 1700 manat olan dəmir qapı və digər inşaat materiallarını oğurlamaqda şübhəli bilinən E.Əliyev və bacısı İ.Əliyeva saxlanılıblar. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

“Liverpul” iki futbolçusu ilə birdən yolları ayırdı

“Liverpul” klubu mövsüm sonunda iki futbolçusu ilə birdən yolları ayırır. Məlumata görə, İngiltərə klubu Tyaqo Alkantara və Joel Matiplə vidalaşmaq qərarına gəlib. 2016-cı ildən “Liverpul” klubunun şərəfini qoruyan Joel Matip çıxdığı 206 görüşdə 11 qol, altı məhsuldar ötürmə ilə yadda qalıb. 2020-ci ildən İngiltərə klubunun formasını geyinən Tyaqo Alkantara isə çıxdığı 98 matçda üç qol, […]

İdman

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır – VİDEO

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır. Bu barədə jurnalistlərə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç məlumat verib. “İndi biz yeni ciddi addım barədə razılığa gəlmişik. Aqroşəhərcik kimi konkret yaşayış məntəqəsinin salınması planlaşdırılıb. Biz Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birgə işləyəcəyik, çünki burada məqsədimiz insanları təkcə rahat mənzillərlə təmin etmək deyil, həm […]