Müharibə

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Bu barədə məlumat “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nda öz əksini tapıb. Baş plana əsasən, şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edəcək. Qeyd edək ki, şəhərin işğalaqədərki (1969-cu ildə tərtib edilən) son Baş […]

Müharibə

ANAMA sədri: “İndiyədək işğaldan azad edilmiş 134 min hektardan çox ərazi minalardan təmizlənib”

“İndiyədək Azərbaycanın işğaldan azad edilmiş 134 min hektardan çox ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Minalardan Təmizləmə üzrə Avropa Qrupu Təşəbbüsü” tədbirində çıxışı zamanı bildirib. O xatırladıb ki, Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir: […]

Kriminal

Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb

Bakıda daş sexindən 10 min manatlıq daşkəsən mişarlar oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, aprelin 29-na keçən gecə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10 000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə Binəqədi Rayonu Polis İdarəsinin 4-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının […]

Kriminal

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib: “Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriya ekspertizası təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək”. Prokuror […]

Kriminal

Arvadını öldürən şəxslə bağlı QƏRAR

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək […]

Kriminal

Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 19,5 kiloqramdan artığı marixuana, qalanı isə heroin, tiryək və metamfetamin, həmçinin 130 ədəd metadon həbi olub. Xeberal.az

MARAQLI

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO

Çinin elektrik avtomobil istehsalçısı “XPeng” ilin sonuna qədər uçan “XPeng Aeroht”un ilkin satışına hazırlaşır. Bu barədə şirkətin vitse-prezidenti Vanq Tan elan edib. O, iki nəfəri havaya qaldıra biləcək modul avtomobilin satışına 2025-ci ilin əvvəlinə qədər başlamağı planlaşdırdığını açıqlayıb. Belə bir avtomobilin ilkin dəyəri təxminən 250 min dollar olacağı güman edilir. Mənbə: RİA Novosti Xeberal.az

MARAQLI

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” – FOTO

Britni Spirs Sem Asgaridən ayrıldığını elan etdikdən doqquz ay sonra keçmiş əri ilə boşanmasını rəsmən həll edib. Asgari nikah müqaviləsinə etiraz etməmək qərarına gəlib. Beləliklə, 60 milyon dollarlıq sərvət Britninin öz ixtiyarındadır. Ancaq pərəstişkarları Spirsin vəziyyətinə görə narahatlıqlarını bildiriblər. Belə ki, ifaçı ayrıldıqdan sonra müxtəlif kişilərin əhatəsində diqqət çəkməyə və çılpaq rəqs etdiyi videolar yayımlamağa başlamışdı. […]

Mədəniyyət

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq – VİDEO

Artıq “AirBnb”da məşhur “Yuxarı” (“Up”) cizgi filmindəki kimi evi kirayələmək mümkündür. Bu barədə bütün dünyada fərdi mənzillərin qısamüddətli kirayələrinin yerləşdirilməsi və axtarışı üçün olan onlayn platformanın özü xəbər verib. Şirkət bununla bağlı kadrlar da təqdim edib. Qeyd edək ki, “Pixar” studiyası tərəfindən istehsal olunan və “Walt Disney Pictures” tərəfindən yayımlanan “Up” animasiya filmində qoca kişi Karl […]

MARAQLI

Vyetnamda dəhşətli mənzərə: Çayda yüzminlərlə ölü balıq – FOTO/VİDEO

Vyetnamda sakinlər dəhşətli hadisənin şahidi olublar. Belə ki, Sonq May su anbarında yüzminlərlə balıq məhv olub. Sosial şəbəkələrdə bununla bağlı qorxunc görüntülər paylaşılır. Bildirilir ki, təbii fəlakət Donq Nay əyalətində qeydə alınıb. Ekspertlər hadisəyə səbəb kimi güclü isti və həftələrlə yağışın olmamasını göstəriblər. Qeyd edək ki, aprel ayında Donq Nay əyalətində temperatur 40 dərəcəyə çatıb, […]