İqtisadiyyat

Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR

Yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası məlumat yayıb. Bildirilib ki,  ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” […]

Siyasət

Agentlik sədrindən əcnəbi jurnalistlərə ÇAĞIRIŞ

“İqlim dəyişikliyi, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bərpa olunan enerji mənbələri son vaxtlar ən çox müzakirə olunan mövzular arasındadır. Biz görürük ki, dünya mediası göstərilən məsələlərə necə böyük diqqət yetirir, mətbuatda bu mövzunun işıqlandırılması ilə bağlı müzakirələr aparılır”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar […]

MARAQLI

Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” – MÜSAHİBƏ

“Verilişdə şou yaratmaq istəyirsənsə, ayrıca şou-proqram hazırla. Amma bütün verilişləri şouya çevirmək olmaz”. Bu sözləri tanınmış aparıcı Ceyran Rəhimova Teleqraf.com-a müsahibəsində deyib. Müsahibəni təqdim edirik: – Ceyran xanım, uzun illər AzTV-də “Sən bir nəğmə” verilişinin aparıcısı olmusunuz. Maraqlıdır ki, yenidən televiziyada fəaliyyət göstərməyi düşünürsünüzmü? – Yeni mövsümdə veriliş aparıcısı kimi tamaşaçıların qarşısına çıxa bilərəm. Hər şey […]

Mədəniyyət

Bakı Forumunun iştirakçıları Ağdam Cümə məscidində namaz qılıblar – YENİLƏNİB + FOTO

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə məscidini və Ağdam Dram Teatrının dağıdılmış binasını ziyarət ediblər. “Report” xəbər verir ki, tədbirin müsəlman ölkələrindən qatılan bəzi nümayəndələri Cümə məscidində namaz qılıblar. İşğal dövründə, yəni 2000-ci il mayın 9-da Azərbaycanın ümummilli lideri Heydər Əliyevə təqdim edilmiş və hazırda məsciddə eksponat kimi nümayiş edilən Ağdam Cümə məscidinə […]

Müharibə

DSX-nin sərhəd zastavası xidməti istifadəyə verilib – FOTO/VİDEO

May ayının 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində “Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əsaslı təmirdən sonra […]

Kriminal

Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu – VİDEO

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının ötən gün Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərində keçirdikləri tədbirlərlə 5 obyektdən xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 162 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də Yeni Günəşli qəsəbəsində yerləşən mağazalardan […]

Müharibə

Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib

“Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib. […]

Kriminal

Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlanıb – VİDEO

Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıblar. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat nəticəsində Abşeron rayon sakini Sahib İsmayılov saxlanılıb. Ondan […]

MARAQLI

Dilan Polat həbsxanada intihara cəhd edib

Məhkəmənin sosial media fenomeni Banu Parlakın gözəllik mərkəzinin atəşə tutulması ilə bağlı qərarından sonra Dilan Polat intihara cəhd edib. Bu barədə jurnalist Alev Gürsoy Cim xəbər verib. Onun sözlərinə görə, Dilan Polat qərardan sonra kamerada ölmək istədiyini deyib. Dilan Polatın rəfiqəsi Canan Toprak da onun həbsxanada çətin günlər keçirdiyini və özünə zərər verdiyini, qollarının, üzünün, […]

Hadisə

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. XəbərAl.az Bakupost-a istinadən xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib. Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanılaraq onlardan külli miqdarda enerji içkisi və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək […]