Cəmiyyət

Pakistan səfiri: “İki ölkə arasındakı hərbi münaqişə dağıdıcı ola bilər” – VİDEO

Baku TV-də “Rəsmilər” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayının qonağı Pakistanın Azərbaycandakı səfiri Bilal Haye olub. Diplomat iki ölkə arasındakı münasibətlərdən danışıb. O, Azərbaycan-Pakistan əlaqələrini qardaşlıq münasibəti adlandırıb. Bilal Haye uzun illərdir davam edən Kəşmir məsələsindən də söz açıb, Hindistanla Pakistan arasındakı hərbi münaqişənin dağıdıcı ola biləcəyini qeyd edib. Ətraflı süjetdə: Xeberal.az

Kriminal

Nazirlikdə milyonluq mənimsəmə: “Aldığımız pulların faizini “otkat” kimi qaytarırdıq” – YENİLƏNİB + VİDEO

Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Report” xəbər verir ki, Bakı Hərbi […]

Cəmiyyət

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı – TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. “Gördüm ki, yoldaşı ilə dalaşır. Məndən bir litrlik qab istədi, dedi ki, gedib benzin alacağam. Əmin oldum ki, özünü yandıracaq”. […]

İdman

Milli Gimnastika Arenasında Avropa kubokunun açılış mərasimi keçirilib – FOTO

Azərbaycanda ilk dəfə olaraq təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun açılış mərasimi keçirilib. “Report”un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb. Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb: “Avropa kubokunda hər bir iştirakçıya ayrı-ayrılıqda uğurlar arzulayıram. İnanıram ki, ən […]

Dünya

Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib

“Liverpul”un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın Mersisayd klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb. Xatırladaq ki, forvardın “qırmızılar”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Bu, artıq mənim müzakirə mövzum deyil, bu barədə danışmaq lazım deyil, hər şeydən əvvəl başqaları qərar verəcəklər”, – məşhur jurnalist Ceyms Pirs “X” sosial şəbəkəsində Kloppdan sitat gətirib. Məhəmməd […]

Dünya

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istənilən halda Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistanın qurumu tərk etməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. “Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada təhlükəsizliyin, eləcə də ona üzv olan dövlətlərin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh […]

İqtisadiyyat

Şərq Tərəfdaşlığı çərçivəsində İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib – YENİLƏNİB + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopmanla görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə  Avropa İttifaqının 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası, COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi […]

Kriminal

Gömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB + VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. Oxu.Az-ın komitəyə istinadən verdiyi məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb. Məsələ ilə bağlı komitə diqqətə çatdırır ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və […]

Cəmiyyət

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB – FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. “Qafqazinfo” xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddia edib. Artıq çıxış yolunun qalmadığını bildirən qadın məktəbdə kollektiv şəkildə mənəvi zorakılığa məruz qaldığını deyib: “Üç aydır […]