Cəmiyyət

Goranboyda müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb – FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar, profilaktiki tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərərvurma və digər cinayətlər törədən ümumilikdə 15 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, […]

İdman

Azərbaycan boksçuları “Drakula” beynəlxalq turnirində iştirak edəcəklər

Bu gün Rumıniyanın Ploişti şəhərində start götürəcək yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində Azərbaycan boksçuları da çıxış edəcəklər. Bu barədə “Report”a Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib. Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov yarışda Əli Məmmədov (46 kq), Zakir Həsənzadə (48 kq), İsmayıl Rzayev (50 kq), Bağır Əmirxanlı, […]

Siyasət

Rusiya telekanalı İlham Əliyevin seçkidə inamlı qələbəsi ilə bağlı süjet hazırladı – VİDEO

“İstər hərbi formada, istərsə də kostyumda – hər zaman qüsursuz geyinən Azərbaycan Prezidenti İlham Əliyev prezident seçkisində aşkar üstünlüklə qalib gəldi”. Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın “Rossiya 1” kanalının müxbiri Andrey Qriqoryevin Bakıdan hazırladığı videosüjetdə deyilir. Reportaj Prezident İlham Əliyevin şəxsi sərəncamı ilə tikilən, hazırda isə Azərbaycan sənayesinin flaqmanına çevrilən Bakı Gəmiqayırma Zavodunda kiçik […]

Kriminal

Səlim Müslümovun mülkləri alınır

Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsindəki hökmlə razılaşıb. “Qafqazinfo”nun məlumatına görə, nə eks-nazirin özü, nə vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. 11 il şərti cəza verilən Müslümov bunu özü üçün humanist hökm kimi qəbul edir, həmçinin əmlaklarının müsadirə olunmasına etiraz etmir. Dövlət ittihamçısının tələbinə […]

Dünya

Türkiyədə silahlı hücuma hazırlaşan PKK terrorçuları zərərsizləşdirildilər – FOTO

Türkiyə Silahlı Qüvvələri Fırat Kalkanı bölgəsinə hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib. “Suriyanın şimalında qan tökməkdən, bölgə xalqının əmin-amanlığını və təhlükəsizliyini pozmaqdan başqa məqsədi olmayan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir. Türkiyə Silahlı Qüvvələrimiz Fırat Kalkanı bölgəsində hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – deyə […]

Cəmiyyət

Bakıda avtobusun vurduğu piyada altı gün sonra ölüb

Bakıda avtobusun vurduğu piyada 6 gün sonra ölüb. APA xəbər verir ki, fevralın 5-də Sabunçu rayonu ərazisində Əbülfəz Əlləzov idarə etdiyi 217 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla piyada 1988-ci il təvəllüdlü Elsəvər Nəsirovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, elə orada fevralın 11-də ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az

Cəmiyyət

Bakı-Quba yolundan istifadə edən sürücülərin DİQQƏTİNƏ

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrdə yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 13 fevral saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli […]

Kriminal

Zeynəb Xanlarovanın bacısı oğlu yenidən hakim qarşısında

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses fevralın 13-nə təyin edilib. Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra […]

Müharibə

Ehtiyatda olan bir qrup hərbçi orduya ÇAĞIRILDI – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə […]

Siyasət

Sabah prezident seçkisinin yekunlarına dair Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının prezidenti seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib. Oxu.Az bildirir ki, bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib. Xeberal.az