Cəmiyyət

Azərbaycanda uşaqlara verilən qəribə adlar – Siratullox, İton, Zeytunə, İyad…

Ötən il Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub. “Report”un əldə etdiyi məlumata görə, 2023-cü il ərzində yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb. Bununla yanaşı, valideynlər övladlarına nadir və qeyri-adi adlar da qoyublar. Belə ki, keçən il Gilə, Tovuz, Koroğlu, Duanur, Badam, Alan, Manana və Dağlar adlarının hər […]

Kriminal

Ana və iki övladını öldürərək ömürlük cəza alan müəllim Ali Məhkəməyə müraciət etdi

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 13-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əhəd Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Xatırladaq […]

Dünya

Peskov açıqladı: Putin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan Ermənistana gedə biləcəkmi?

“Moskva İrəvandan müəyyən təminatlar alarsa, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edə bilər”. Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib. “Ermənistanın beynəlxalq statusa (Beynəlxalq Cinayət Məhkəməsi) qoşulması ilə bağlı yeni reallıq münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Erməni tərəfdaşlardan müəyyən təminatlar almaq vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir ki, biz […]

İqtisadiyyat

Muxtar Babayev Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə COP29-u müzakirə edib – FOTO

Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva ilə COP29-la bağlı müzakirələr aparıb. Bu barədə K.Georgieva M.Babayevlə görüşünə dair “X” hesabında paylaşım edib. Qeyd edək ki, Muxtar Babayev, həmçinin […]

İqtisadiyyat

2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət beş dövlət qurumu tərəfindən göstərilib – FOTO

Ötən il “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 266 mindən çoxu beş dövlət qurumu tərəfindən təqdim edilib. Bu barədə KOBİA məlumat yayıb. Bildirilib ki, 2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 288 255 xidmət göstərilib ki, onlardan 268 927-si (93,29%) dövlət qurumlarının (“G2B”), 19 328-i (6,71%) isə özəl qurumların (“B2B”) xidmətləridir. Bu xidmətlərin 266 mindən […]

Dünya

Bayden “TikTok” hesabı açdı – VİDEO

ABŞ Prezidenti Co Bayden 5 noyabrda keçiriləcək prezident seçkisi ilə bağlı kampaniyasını davam etdirmək üçün gənclərin üstünlük təşkil etdiyi sosial media platforması “TikTok”a üz tutub. Bayden “TikTok” hesabı açıb və “@bidenhq” adlı hesabında ilk dəfə video yayımlayıb. O, bununla seçki kampaniyası üçün gənc seçicilərin diqqətini cəlb etməyə çalışıb. Bayden ölkənin ən böyük idman təşkilatlarından biri […]

Cəmiyyət

Paytaxtda taksi sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik aşkarlanıb – VİDEO

Bakının Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqini saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən üç kiloqram heroin, iki kiloqram metamfetamin, yeddi kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi […]

Siyasət

Azərbaycan Ermənistanı görünməmiş stresə məruz qoya bilər – TƏHLİL

Azərbaycanla Ermənistan arasındakı danışıqlar və əldə edilən hər hansı irəliləyiş sülh gündəliyinin hansı məsafədə olmasını təyin edir. Məsafə isə qaldıqca ortaya başqa problemlərin çıxması qaçılmaz olur. Bu, hələ sülh proqramı ilə bağlı müqəddimədə yaranan problemlərin məcmusudur, daxilə endikcə hər detal üzrə mürəkkəbliklər çılpaqlığı ilə üzə çıxacaq. Çünki sülhün necəliyinə dair Azərbaycanla Ermənistanın məntiqləri fərqlidir: – […]

Cəmiyyət

Bakıda 300-ə yaxın sakin “havada qalıb” – FOTO

Bakı şəhərində 300-ə yaxın sakin mənzilinə köçə bilmir. Bu barədə Oxu.Az-ın redaksiyasına Yasamal rayonu, A.Şərifzadə, 33 ünvanında “İnşaat Konstruksiyaları” MMC-dən mənzil alıb, amma köçə bilməyən sakinlər bildiriblər. Sakinlərdən biri Fərhad Nəcəfovun sözlərinə görə, tikintisi 2016-cı ildə başlanan bina təhvil verilmir: “Tikilinin yerində əvvəllər 93 sakinin yaşadığı beşmərtəbəli bina olub. 2016-cı ildə pilot layihə adı altında […]

Siyasət

Denis Denisov: “Erməni cəmiyyətinin bir hissəsi Rusiyanın ermənipərəst mövqe tutacağını gözləyirdi” – MÜSAHİBƏ

Son bir neçə ayda Rusiya, Ermənistan və digər ölkələrin mətbuatı tez-tez Rusiya-Ermənistan münasibətlərinin möhkəmlik baxımından sınaqdan keçirildiyini yazır. Bu tezis Ermənistanın Rusiyanın əsas rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə də aiddir. İrəvanda KTMT-yə qarşı ictimai hücumlar və tənqidlər davam edir, bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin də bu barədə danışıb. […]