Dünya

Meksikada deputatlığa namizəd güllələnib

Meksikanın mərkəzi Morelos əyalətində hakim Morena partiyasından konqres (parlament) üzvlüyünə namizəd öldürülüb. Hücum ölkədə keçirilən ümumi seçkilərə bir neçə ay qalmış baş verib. Ekatepek bələdiyyəsinin rəhbərinin sözlərinə görə, siyasətçi Yair Martin Romero qardaşı ilə birlikdə güllələnib. Qeyd edək ki, son illər Meksikada seçkilər tez-tez siyasi zorakılıq və hücumlar fonunda keçirilir. Belə ki, 2021-ci ildə keçirilən […]

Siyasət

Cəlilabad sakini Ukraynada döyüş bölgəsində həlak oldu

Cəlilabad sakini Ukraynada döyüş bölgəsində həlak olub. “Report”un məlumatına görə, rayonun Alar kənd sakini, 1967-ci il təvəllüdlü Nurəddin Əzizov döyüşlər gedən bölgələrin birində yaralanaraq dünyasını dəyişib. Hadisənin təfərrüatı hələlik məlum deyil. Mərhumun nəşinin yaxın vaxtlarda rayona gətirilərək, dəfn olunması gözlənilir. Xeberal.az

İdman

“Real Madrid”in baş məşqçisi dünyanın ən yaxşı futbolçusunu açıqladı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının çempionluq uğrundakı mübarizədə birbaşa rəqibi “Jirona”ya qalib gəldiyi oyunu şərh edib. İtaliyalı mütəxəssis Kral klubunun 4:0 üstün olduğu matçdan sonra bəzi futbolçuları tərifləyib. “Bu oyun səviyyəsi və işə münasibətlə Vinisius mənim üçün dünyanın ən yaxşısıdır. O, yüksək səviyyəli matç keçirdi. Bellinqem ikinci, Rodriqo isə üçüncüdür”, – Ançelotti bildirib. Xatırladaq […]

Dünya

ABŞ-də ŞOK: Ana körpəsini beşik əvəzinə səhvən sobaya qoyub, külə döndərib

Missuri ştatında körpə anasının səhvi ucbatından ölüb. Məlumata görə, Kanzas-Sitidə bir xanım 911-ə zəng edərək uşağının nəfəs almadığını bildirib. Hadisə yerinə gələn xilasedicilər ciddi yanıq xəsarətləri almış və həyat əlaməti olmayan körpə aşkarlayıblar. Məlum olub ki, ana uşağı beşik əvəzinə səhvən sobaya qoyub. Bunun necə baş verdiyi izah edilməyib. Hazırda qadın körpənin həyatını təhlükəyə atmaqda […]

Siyasət

Azərbaycan XİN İranı təbrik edib – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) milli bayram – İslam İnqilabının Qələbəsi Günü münasibətilə İranı təbrik edib. Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “İran İslam Respublikasını milli günü münasibətilə təbrik edirik. İnanırıq ki, Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, anlaşmaya və beynəlxalq hüquqa əsaslanan mehriban qonşuluq münasibətləri regional inkişafa və çiçəklənməyə […]

Dünya

İordaniyada təyyarə qəzası: Ölənlər var

İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı iki hərbçi həlak olub. Bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb. “İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələrindən biri təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində pilotlar mayor Ömər Ətta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Xudeyr həlak olublar”, – məlumatda bildirilir. Hadisənin səbəbləri barədə […]

Dünya

Makron qorxur: Ukraynaya səfərini təxirə saldı

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya fevralın 13 və 14-nə planlaşdırılan səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb. Məlumata görə, Yelisey sarayının bu qərarı həm Fransanın dövlət qulluqçuları, həm də Ukrayna diplomatları tərəfindən çoxlu suallar doğurub. Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Fransa Ukraynaya “Sezar” artilleriya sistemləri və mərmilər vermək niyyətindədir. Mənbə: gazeta.ru […]

Dünya

Azərbaycana “dərs” verməyə çalışan ölkələrin özləri tənəzzül edirlər – “Kaspi”nin TƏHLİLİ + FOTO

Böyük Britaniyadan sonra daha bir böyük dövlətin Avropa İttifaqından ayrılması məsələsi gündəmdədir. Söhbət blokun əsas iqtisadi gücü sayılan Almaniyadan gedir. Ölkədə yaşanan iqtisadi tənəzzül və etiraz aksiyaları fonunda bu ideyanı dəstəkləyənlərin sayı artır. Son aylarda Avropa İttifaqının (Aİ) iki əsas üzvü olan Fransa və Almaniyada başlayan etiraz aksiyaları birliyin gələcəyini təhlükə altına alan meyllərin artmasına […]

Dünya

İranda Pakistan vətəndaşlarına hücum: Azı doqquz nəfər ölüb

İranın Pakistanla sərhədində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb. Məlumata görə, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra cinayət yerindən qaçıb. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Qeyd edək ki, bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil. […]

Dünya

Finlandiyada prezident seçkisinin ikinci turu keçirilir

Finlandiyada prezident seçkisinin ikinci turu keçirilir. Respublika Ədliyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə 900-dən çox seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələr yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq. Bundan dərhal sonra nazirlik ilk nəticələri dərc edəcək. Xatırladaq ki, ilk tur zamanı (31 yanvar – 6 fevral) seçici fəallığı rekord həddə olub və 44,5% təşkil […]