Siyasət

Zaxarova ATƏT-in Azərbaycandakı prezident seçkisi ilə bağlı hesabatını tənqid etdi – VİDEO

“Hər nə iş görülsə də, nə qədər namizəd olsa da, hansı platformaya, hansı partiyaya mənsubluğundan asılı olmayaraq, onlar üçün əvvəlcədən müəyyən edilmiş siyasi qərəzdən başqa heç nə önəmli deyil”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova Federasiya Şurasının komissiya iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən […]

Siyasət

Məyus erməni cəmiyyəti: Reallığın qəbulunda fayda var – ŞƏRH + FOTO

Erməni cəmiyyəti məyusdur və bunun müxtəlif səbəbləri var, amma ermənilər düşdükləri durumun əsl səbəbini dilə gətirmirlər. Bunun kökündə Ermənistanda uzun illərdir təbliğ olunan və yalan üzərində qurulan hakim ideologiya dayanır. Uydurma tarix, “erməni dövləti”, onun ərazisi, “böyük etnos”, “Böyük Ermənistan” və bu kimi uydurmaların, xülyaların puçluğu erməniləri indi məyus edib. Ölkə siyasiləri, ictimai fəallar, ziyalılar […]

İdman

Mahir Emreli: “Qrupdakı rəqiblərlə matçlarda yaxşı oyun sərgiləyə bildiyimizi artıq göstərmişik”

“İsveç, Slovakiya və Estoniya ilə əvvəlki matçlarda yaxşı oyun nümayiş etdirə biləcəyimizi artıq göstərmişik. Bunu davam etdirməyə çalışmalıyıq”. Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının püşkatması barədə danışarkən deyib. 26 yaşlı hücumçu C Liqasının 1-ci qrupunda ciddi rəqiblərlə üz-üzə gələcəklərini söyləyib: “Yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. […]

Cəmiyyət

Azərbaycanda VI sinif şagirdi intihar etdi

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib. Oxu.Az xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.  Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  Xeberal.az

İqtisadiyyat

Mənzillərin ən çox girov qoyulduğu ərazilər açıqlanıb

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıt olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) […]

İqtisadiyyat

“Bitkoin”in artım limiti açıqlanıb

“Bu kriptovalyutaya inanan və onu bir-birinə satan müəyyən sayda insan olduğu müddətcə “bitkoin”in dəyəri sonsuz şəkildə arta bilər”. Bu sözləri rusiyalı iqtisad elmləri namizədi, maliyyə analitiki Mixail Belyayev bildirib. İqtisadçı etiraf edib ki, “bitkoin”in məzənnəsi 100 min dollara çata bilər. “Lakin heç bir amil olmadıqda belə bir sıçrayış baş verə bilməz”, – deyə o vurğulayıb. “Bu, […]

İdman

Azərbaycan badmintonçusu Bakıdakı turnirdə 1/8 finala yüksəlib – FOTO

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən “Azerbaijan International 2024” turnirində 1/8 finala yüksəlib. Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, o, yarışın əsas mərhələsində keçirdiyi ilk görüşdə Finlandiya təmsilçisi Yoakim Oldorffa 2:1 (21:15, 21:23, 22:20) hesabı ilə qalib gəlib. Badmintonçu 1/8 finalda hindistanlı Qovind Krişna ilə qarşılaşacaq. Digər badmintonçumuz Diki Pangestu isə Bakıda keçirilən ilk Avropa […]

Dünya

“Pagani” ən güclü mühərrikə malik hiperkarını təqdim edib – FOTO

“Pagani Automobili” şirkəti tarixində ən güclü – 900 at qüvvəsinə malik olan üstüaçıq “Huayra R Evo” hiperkarını təqdim edib. Qeyd olunub ki, avtomobil eksklüziv “Arte in Pista” proqramının bir hissəsi olacaq, burada müştərilər mühəndislər və məlumat analitiklərinin dəstəyi ilə avtomobili dünyanın ən yaxşı yarış treklərində sınaqdan keçirə biləcəklər. Yeni məhsulun sürət xarakteristikası barədə məlumat verilmir, […]

Cəmiyyət

Bakıda qeyri-adi hadisə: İş adamı “Porsche” ilə yolu bağladı, həbs edildi

Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib.  “Qaynarinfo”nun məlumatına görə, sahibkar kimi fəaliyyət göstərən Afiq Mustafayevin (soyad şərti) həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub.  Belə ki, 1984-cü il təvəllüdlü Afiq rəhbəri olduğu şirkətə məxsus iriqabaritli […]