Siyasət

Politoloq: “Aİ birlik ölkələrinin problemlərinin öhdəsindən gəlməkdə acizdir”

Ümumavropa strukturları getdikcə daha çox nəzarətə can atırlar. Eyni zamanda təşkilat daxilində istənilən problemin öhdəsindən gəlməkdə acizdirlər. Hazırda kənd təsərrüfatında vəziyyət belədir. Bunu “Report”a açıqlamasında polşalı politoloq, Beyrutdakı Sent-Jozef Universitetinin Tarix və Beynəlxalq Münasibətlər fakültəsinin professoru Yakub Koreyba deyib. “Onlar (fermerlər) təkcə bu və ya digər qanuna etiraz etmirlər, bürokratik, mərkəzləşdirilmiş və eyni zamanda tamamilə […]

İqtisadiyyat

Bakıda keçiriləcək fintex sammitin və bankçılıq forumunun vaxtı açıqlanıb

Mayın 15-16-da Bakıda “Visa” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Fintex Sammit – 2024” (Maliyyə və Texnologiyalar Sərgisi) tədbiri keçiriləcək. Bu barədə Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb. Sammit “Bank və maliyyə ekosistemində yeni trendlər: İnnovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda olacaq. Qeyd edək ki, kifayət qədər tarixə malik olan sammit bütün maraqlı tərəflərin bir araya […]

Kriminal

İrandan Azərbaycana 11 kiloqramdan çox narkotik keçirmək istədi – FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Elxan Abuşov olduğu müəyyən edilib. Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə […]

Dünya

Son 55 ilin ən güclü qarının əsarətində olan Ardahandan görüntülər – FOTO/VİDEO

Türkiyənin Şərqi Anadolu regionu əlverişsiz hava şəraitinin əsarətindədir. Dəniz səviyyəsinin 1900 metr hündürlüyündə yerləşən Ardahanda isə son 55 ilin ən güclü qarı yağıb. Bu barədə yerli administrasiyadan bildirilib. Məlumata görə, qarın hündürlüyü şəhərin mərkəzində 95 sm, kənd yerlərində 120 sm, yüksək ərazilərdə isə 1,5 metrə çatıb.  Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Görüntülərdə evlərin damına qədər […]

İdman

“Neftçi” – “Qarabağ” matçının vaxtı bəlli oldu

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunlarının vaxtı məlum olub. Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, turun mərkəzi matçı sayılan “Neftçi” – “Qarabağ” oyunu martın 3-də keçiriləcək və saat 19:00-da başlayacaq. 1 mart (cümə) “Sumqayıt” – “Kəpəz” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00 2 mart (şənbə) “Zirə” – “Turan Tovuz” Zirə İK stadionu, 16:00 “Sabah” […]

Cəmiyyət

Səbail sakinləri: “Qurudulan yaşıllıq sahədə abadlıq işləri aparılmayıb” – ŞİKAYƏT + FOTO

Paytaxtın Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın sakinləri həyətyanı sahənin hələ də bərbad vəziyyətdə qaldığından şikayətçidirlər. Onlar şikayətlərini yenidən Oxu.Az-ın redaksiyasına ünvanlayıblar. Sakinlər bildiriblər ki, ərazidə heç bir abadlıq işi görülməyib: “Biz, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 31 ünvanında yaşayan sakinlər 29.01.2024-cü il tarixdə beşmərtəbəli binanın qapalı həyətyanı sahədə bərbad […]

Cəmiyyət

Bakıda iki avtobusda nağdsız ödəniş tətbiq ediləcək

Sabahdan Bakıda Zığ qəsəbəsi – “Neftçilər” metro stansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli şəhərətrafı müntəzəm marşrut xətlərində nağdsız ödəniş tətbiq ediləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. “AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş […]

Cəmiyyət

Bakıda tarixi abidəyə müdaxilə edən obyekt sahibi ilə bağlı qurumdan AÇIQLAMA

Bakıda tarixi memarlıq abidəsinə müdaxilə edilib. Oxu.Az xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb. Belə ki, paytaxtın Yasamal rayonu ərazisində olan memarlıq abidəsinin fasad hissəsinə müdaxilə edilib. Yaranan görüntü insanların narazılığına səbəb olub. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, […]

Cəmiyyət

Bakıda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda beş yaşlı uşaq eyvandan yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən binanın 7-ci mərtəbəsinin eyvanından yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Cəbrayılda silah-sursat aşkarlanıb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində beş avtomat, bir pulemyot, bir snayper tüfəngi, patronlar və digər sursat aşkar edərək götürüblər. Bu istiqamətdə tədbirlər davam etdirilir. Xeberal.az