Kriminal

Azərbaycanda oğul anasının başını kəsib, qonşusunu qətlə yetirib

Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib, oğul anasının başın kəsərək qətlə yetirib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini İlham İsa oğlu Əliyev əvvəlcə anası Nəsibə Soltanəli qızı Əliyevanın başını kəsib, sonra isə qonşusu Famil Oqtay oğlu Şükürovu qətlə yetirib, […]

Cəmiyyət

Əli Mirəliyevin son vəziyyəti AÇIQLANDI – FOTO

“Çox şükür hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm”. Bu sözləri ötən gün xəstəxanaya yerləşdirilən Əli Mirəliyev Oxu.Az-a açıqlamasında deyib. O bildirib ki, bu gün axşam saatlarında evə buraxılacaq. “Yeni Klinika”nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nuridə Allahyarova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müğənni əməliyyat olunmayacaq: “Müğənni Əli Mirəliyev xəstəxanaya gələndə vəziyyəti ağır idi. İndi yaxşıdır. […]

İdman

Dieqo Kostanın yeni klubu məlum oldu

Bir vaxtlar İspaniyanın “Atletiko”(Madrid) klubundakı çıxışı ilə futbolsevərlərin rəğbətini qazanmış İspaniya millisinin sabiq hücumçusu Dieqo Kosta karyerasını Braziliyanın “Qremio” klubunda davam etdirəcək. 35 yaşlı futbolçunun son klubu “Botafoqo”(Rio-de-Janeyro şəhərini təmsil edir – red.) ilə müqavilə müddəti yanvarın 1-də başa çatdığı üçün “Qremio”ya azad agent kimi qoşulub. Məlumat üçün əlavə edək ki, Dieqo Kosta “Atletiko”dan əlavə […]

Cəmiyyət

Bakının əsas prospektində işıqfor iki gündür işləmir – FOTO

Paytaxtın Səbail rayonu Neftçilər prospektində işıqfor işləmir. Bu barədə Oxu.Az-a sürücülər məlumat veriblər. Bildirilib ki, artıq iki gündür Neftçilər prospektində işıqforun hər üçü işığı eyni anda yanır və bu, sürücülərdə çaşqınlıq yaradır. Nəqliyyatın hərəkətinə mənfi təsir edən, eləcə də qəza şəraitinə səbəb ola biləcək texniki problem isə hələ də həll olunmayıb. Aidiyyəti quruma məsələ ilə […]

Siyasət

Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum PUA-ları alıb

Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb. Oxu.Az xəbər verir ki, həmin PUA-lar Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul edilib. Qeyd edək ki, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Xeberal.az

Cəmiyyət

Bazar günü 20 minə yaxın şəxs imtahan verəcək

Dövlət İmtahan Mərkəzi 11 fevral 2024-cü il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd […]

İdman

Kriştianu Ronaldudan gözlənilməz qeyri-etik hərəkət – VİDEO

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu mövsümi Ər-Riyad Kuboku uğrunda yoldaşlıq görüşündə komandası məğlub olduqdan sonra “Əl-Hilal”ın simvoluna – şərfinə hörmətsizlik edib. Qeyd edək ki, oyun fevralın 8-də Ər-Riyadda keçirilib və 2:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb. Bu, Ronaldunun zədədən sonra ilk oyunu olub. O, meydana start heyətində daxil olub, bütün oyunu keçirib və […]

Kriminal

Samir Quliyevin anası: “Bir beçənin başını kəsməyən oğlum onun həyatına qəsd etdi”

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması davam edir. “Qafqazinfo”nun məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İş üzrə mühakimə edilənlər – sabiq rektor Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev konvoyun müşayiəti ilə məhkəməyə gətiriliblər. İclasda şahid qismində qətlin icraçısı olduğu iddia edilən Samir Quliyevin anası Məlahət Quliyeva ifadə […]

İqtisadiyyat

SOCAR dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o cümlədən saxta istiqrazların alınması, işə düzəltmə və s. ilə bağlı müxtəlif təkliflər edilir. SOCAR-dan bildirilib ki, bu cür dələduzluq halları müxtəlif internet kanalları, sosial media platformaları, mobil tətbiqlər, […]

Cəmiyyət

Bakıda kafe sahibi səkini zəbt etdi – FOTO/VİDEO

Bakıda şəhərin mərkəzində səki zəbt edilib. Oxu.Az xəbər verir ki, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən kafe piyadaların hərəkətinə süni maneə yaradıb.  Sakinlər iddia edirlər ki, səkiyə qoyulan masalara görə yol gedərkən avtomobil yoluna çıxmağa məcbur olurlar. Kafelərdə hazırlanan yeməklərin tüstüsü ətrafa yayılır və yoldan keçənlərin üstünə yemək qoxusu hopur. Yaxın ərazidə yaşayan sakinlər aidiyyəti üzrə qurumlardan problemin həlli […]