Cəmiyyət

Əli Mirəliyevin son vəziyyəti AÇIQLANDI – FOTO

Sharing is caring!


“Çox şükür hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm”.

Bu sözləri ötən gün xəstəxanaya yerləşdirilən Əli Mirəliyev Oxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün axşam saatlarında evə buraxılacaq.

“Yeni Klinika”nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nuridə Allahyarova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müğənni əməliyyat olunmayacaq:

“Müğənni Əli Mirəliyev xəstəxanaya gələndə vəziyyəti ağır idi. İndi yaxşıdır. Əməliyyat olunmayacaq. Əməliyyatsız bütün müdaxilələr edildi. Artıq evə buraxılacaq”.

Xatırladaq ki, ötən gün müğənni Əli Mirəliyevin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Sənətçinin əməliyyat olunacağı bildirilirdi.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir