İdman

Hakimi təhqir etdilər, texniki məğlubiyyət aldılar

AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, “Ümid” (Saatlı) komandası ilə görüşdə “Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxs hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər və referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb. Bu səbəbdən Ağcabədi təmsilçisinə texniki məğlubiyyət verilib. “Olimpiya Ağcabədi”nin futbolçusu […]

Cəmiyyət

Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaratdı – VİDEO

Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 2-də, paytaxtın hava limanı yolunda baş verib. Belə ki, 99-XR-615 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü heç bir dönmə işığı yandırmadan sola manevr edib. Bu zaman görüntünü qeydə alan sürücünün qarşısına keçərək ona təhlükə yaradıb. Daha sonra isə qəfildən sürəti artıraraq yoluna davam […]

İqtisadiyyat

Fevral ayında sahibkarlar üçün müxtəlif mövzularda görüşlər və maarifləndirici tədbirlər keçiriləcək – FOTO

Fevral ayında sahibkarlar üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə 10-dan çox mövzuda sahəvi, eləcə də maarifləndirici görüşlər təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək tədbirlər arıçılıq, heyvandarlıq, çayçılıq, ailə kəndli təsərrüfatının inkişafı, baramaçılıq və ipəkçilik, turizm və ictimai iaşə, aqrobiznes, ərzaqlıq buğda istehsalı, üzümçülük və şərabçılıq, qadın sahibkarlığının inkişafı, güzəştli […]

Siyasət

Serbiya parlamentinin nümayəndələri prezident seçkisi barədə danışıblar

Serbiya parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, konfransda İvana Radoviç, Sandra Boziç və Dusan Mariç iştirak ediblər. İvana Radoviç bildirib ki, seçki yüksək səviyyədə həyata keçirilib: “Texniki tərəfdən hər şey həll edilmişdi. Seçki prosesi ərzində Xankəndi və Şuşada olduq. Orada seçki məntəqələrində şəffaf seçki […]

Siyasət

Prezident seçkisində namizədlər dövlətimizin başçısını qazandığı parlaq qələbə münasibətilə təbrik ediblər

Fevralın 8-də Azərbaycan Respublikası Prezidenti seçkisində namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülmüş Zahid Oruc və Fuad Əliyev seçkidə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlmiş Prezident […]

Siyasət

Çjan Min: “Tarixi seçkidə iştirak böyük şərəfdir”

“Tarixi seçkidə iştirak böyük şərəfdir”.  Oxu.Az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Çjan Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.  O, seçkidəki iştirakından danışıb:  “Növbədənkənar prezident seçkisində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olaraq iştirak etmək böyük şərəfdir. Seçkidə beynəlxalq müşahidəçilərin dəvəti maksimum açıqlığın, şəffaflığın təmin edilməsinin nümunəsidir. […]

Cəmiyyət

Çjan Min: “Tarixi seçkidə iştirak böyük şərəfdir”

“Tarixi seçkidə iştirak böyük şərəfdir”.  Oxu.Az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Çjan Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.  O, seçkidəki iştirakından danışıb:  “Növbədənkənar prezident seçkisində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olaraq iştirak etmək böyük şərəfdir. Seçkidə beynəlxalq müşahidəçilərin dəvəti maksimum açıqlığın, şəffaflığın təmin edilməsinin nümunəsidir. […]

Siyasət

Avropanın ksenofobiyası: Qitədə yeni faşizm dalğası yayılır – ŞƏRH + FOTO

Almaniya dünyanın aparıcı dövlətlərindən sayılır. Bu ölkə bir çox elmi, mədəni, mütərəqqi hadisələrin mərkəzi olsa da, müasir dünyanın ən eybəcər ideologiyasının, faşizmin çiçəklənib, yayıldığı, dünyanı zəhərlədiyi yerdir. Dünyanın bir çox bölgələrində baş verən dəyişikliklər insanların öz yurd-yuvalarını tərk etməsi ilə nəticələnir. Miqrantların üz tutub getdiyi, güvəndiyi ölkələrdən biri də Almaniyadır. Ancaq orada antisemitizm, irqçilik və […]

Cəmiyyət

Döyülən qardaşına görə Hacıqabul sakini bıçaqlanıb

Hacıqabulda bıçaqlanma olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabulun Atbulaq kəndində qeydə alınıb. Atbulaq kənd sakini, 1989-cu il təvəllüdlü Ramil Muradulla oğlu Muradov mübahisə zəminində Xəyyan adlı şəxs tərəfindən bıçaqlanıb. R.Muradov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Məlumata görə, hadisəyə R.Muradovun qardaşının bir neçə şəxs tərəfindən döyülməsi səbəb olub. Bunu […]

Siyasət

Utilizasiya haqlarına dair məlumatlar yol polisinin mərkəzi informasiya sisteminə təqdim ediləcək

Prezident İlham Əliyev “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edib. “Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra hüquqi və fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki […]