Dünya

PSJ “Brest”i məğlub edərək Fransa kubokunun 1/4 finalına yüksəlib – VİDEO

Fransa kubokunun 1/8 final mərhələsində “Paris Sen-Jermen” “Brest”lə qarşılaşıb. Oxu.Az xəbər verir ki, Parisdəki (Fransa) “Park de Prens” stadionundakı matçda PSJ 3:1 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb. 34-cü dəqiqədə Kilian Mbappe hesabı açıb. 37-ci dəqiqədə Danilo Pereyra PSJ-nin ikinci qolunu vurub. 65-ci dəqiqədə “Brest”dən Stiv Munye fərqi azaldıb. 69-cu dəqiqədə “Brest”in futbolçusu […]

Siyasət

Konsul: “Səfirlikdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb” – FOTO

“Azərbaycanın ABŞ-dəki səfirliyinin konsulluq qeydiyyatında olan 175 vətəndaşımız artıq səsvermədə iştirak edib”. Bunu Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov “Report”a açıqlamasında deyib. Diplomat bildirib ki, ABŞ-də fəal seçicilər arasında gənclər, xüsusilə tələbələr çoxdur: “Vaşinqtondakı səfirlik binasında 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində yaradılmış 43 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin 80%-i gənclər, 20%-i isə orta yaşlı […]

İqtisadiyyat

İnflyasiyaya uğrayan ölkələrin reytinqi açıqlandı

İnflyasiyaya uğrayan ölkələrin reytinqi açıqlanıb. Argentina 2023-cü ilin yekunları üzrə ən yüksək inflyasiyaya uğrayan ölkələrin reytinqinə başçılıq edərək, uzun müddətdir lider olan Venesuelanı geridə qoyub. Livan 192% inflyasiya ilə ikinci yerdədir. Venesuela ilk üçlüyü tamamlayır, burada qiymət artımı bir il ərzində 190%-ə qədər azalıb. Türkiyədə inflyasiya 2023-cü ildə 65%-ə, Rusiyada isə 7,4%-ə çatıb. Araşdırmaya görə, dünya […]

Dünya

“Çelsi” “Aston Villa”nı məğlub edərək, İngiltərə kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb – VİDEO

Londonun “Çelsi” komandası səfərdə “Aston Villa”nı məğlub edərək, İngiltərə Kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb. Oxu.Az xəbər verir ki, “Çelsi”nin hücumçuları “Aston Villa”nın qapısına üç dəfə qol vurublar. İlk hissədə Maurisio Poçettinonun komandasından Qallaxer və Cekson qol vurublar. İkinci 45 dəqiqədə Enzo Fernandes fərqlənib. Diabinin gecikmiş qolu çox da fərq qazandırmayıb. Qeyd edək ki, “Çelsi”nin bu […]

Siyasət

NEWS.ru: “Bakıdan Qarabağa – Azərbaycan İlham Əliyevi prezident seçdi” – FOTO

“Fevralın 7-də axşam saatlarında Azərbaycan vətəndaşları prezident seçkisində İlham Əliyevin qələbəsini qeyd etmək üçün küçələrə axışıblar. Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 54 faizinin məlumatları işləndikdən sonra hazırkı dövlət başçısı növbədənkənar seçkidə iştirak edənlərin 92,1 faizinin səsini toplayıb. Seçici fəallığı 76,73 faiz olub”. Bu barədə NEWS.ru-nun reportajında bildirilir. Qeyd olunur ki, seçki məntəqələrində […]

MARAQLI

Tofiq Tağızadənin çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?

Bu gün “Görüş”, “7 oğul istərəm”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Bağ mövsümü”, “Dədə Qorqud”, “Uzaq sahillərdə”, “Onun böyük urəyi”, “ Babamın babasının babası” və sair filmlərin rejissoru Tofiq Tagızadənin anadan olmasının 105 illiyidir. 40 ildən artıq müddətdə Azərbaycan kinosunun inkişafına mühüm töhfələr vermiş rejissor  filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı […]

Dünya

Türkiyədə mədən çökdü

Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonundakı mədəndə çökmə baş verib. Dağıntılar altında qalan iki işçidən biri xilas edilib. Xilas edilən Erdem Yıldız Atatürk Dövlət Xəstəxanasına aparılıb. Digər işçi Murat Çetinkayanı xilas etmək üçün işlər davam edir. Zonguldak valisi Osman Hacıbektaşoğlu mədənə gələrək əraziyə baxış keçirib. Mənbə: TRT Xeberal.az

Siyasət

“Nezavisimaya qazeta”: “Azərbaycanlılar İlham Əliyevə təşəkkür ediblər”

“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb. Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92%-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş prezidentə səs veriblər”. Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yer alan […]

Dünya

“Marvel”in çəkiliş meydançasında faciə – FOTO

“Marvel”in “Wonder Man” serialının çəkiliş meydançasında faciə baş verib. Belə ki, çəkiliş komandasının üzvlərindən biri həlak olub. Bu barədə şirkətin nümayəndələri xəbər veriblər. Məlumata görə, 41 yaşlı Xuan Karlos Osario dekorasiyanın hazırlanması zamanı platformadan yıxılıb. Hadisənin başvermə şəraiti araşdırılır. Qeyd edək ki, “Wonder Man” “Toni Stark”ın rəqibinin oğlu “Saymon Uilyams”a həsr olunub. Komikslərdə “Uillyams” baron “Zemo” ilə […]

Siyasət

“Associated Press”: “Qarabağın qaytarılması və İlham Əliyevin qələbəsi”

ABŞ-nin “Associated Press” (AP) xəbər agentliyinin saytında bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinə həsr olunmuş məqalə dərc olunub. Həmin materialdan fraqmentləri oxucuların diqqətinə çatdırırıq. “Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir və çox güman ki, hazırkı prezident İlham Əliyev hökuməti əvvəllər erməni separatçılarının nəzarətində olan bölgə üzərində suverenliyi bərpa etdikdən sonra növbəti müddətə yenidən seçiləcək. […]