Cəmiyyət

Bakıda körpəyə səhv qan qrupu təyin edilib? – FOTO

Azərbaycanda yenidoğulmuşa səhv qan qrupu təyin edilib. Bu barədə “Qafqazinfo”ya körpənin valideynləri məlumat veriblər. Ata Rəhman Abbaszadə deyir ki, yanlışlıq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeydə alınıb. Belə ki, 2022-ci ilin iyul ayının 31-də dünyaya gələn körpəyə müsbət rüzuslu I qan qrupu təyin olunsa da, sonradan bunun doğru olmadığı ortaya çıxıb. Valideynlər iddia edirlər ki, […]

Cəmiyyət

Yol polisi sürücülərə nömrələrlə bağlı müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə bildirilir: “Qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır. Lakin təəssüf ki, bəzi sürücülər havanın yağışlı, çiskinli olmasını […]

Siyasət

İqor Korotçenko: “Azərbaycan xalqı artıq gələcəyə doğru inamlı addım atdı”

“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən sonra Qərbin reaksiyası mənə çox maraqlıdır. Görəsən, Fransa Prezidenti Emmanuel Makron və digərləri Azərbaycan xalqını təbrik edəcəklər, yoxsa tənqid edəcəklər? Susacaqlarmı?” Oxu.Az-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib. O, Qərbə tövsiyələr verib: “Mən […]

İqtisadiyyat

Bakıda Xəzər dənizində qazma işlərinə dair konfrans başlayıb

Bakıda SOCAR və Beynəlxalq Qazma Şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə ikigünlük “Drilling Caspian” beynəlxalq konfransı başlayıb. Bu barədə “Trend” agentliyi xəbər verib. Tədbirdə SOCAR-ın Qazma İdarəsinin nümayəndəsi Asif Zəngi giriş təqdimatı ilə çıxış edib. Konfransda MENA-nın tədqiqat direktoru, “Rystad Energy Aditya Sapasvatt”, “GL LTD”nin quyular və qazma üzrə direktoru David Triolo, SOCAR AQŞ, “Turan Drilling and Engineering”in […]

Siyasət

Sergey Markov: “Dünən seçicilər tək seçki olduğuna görə gəlməmişdilər”

Rusiyalı müşahidəçilər Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair brifinq keçiriblər. Oxu.Az-ın məlumatına görə, 20 nəfərlik heyət seçki prosesini izləyib. Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, seçki tam şəffaf keçirilib: “Fürsətdən istifadə edərək prezident seçkisində inamlı qələbəsinə görə İlham Əliyevi təbrik edirəm. Biz əminik ki, bundan sonra da Azərbaycan və […]

Siyasət

MDB-nin müşahidə missiyasının rəhbəri: “Postsovet məkanında keçirilən ən şəffaf seçki idi”

MDB-nin müşahidə missiyasının rəhbəri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az xəbər verir ki, brifinqdə MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev çıxış edib. O, səriştəli və dəqiq işə görə təşəkkür edib: “Keçirilən prezident seçkisində MDB-nin 160-dan çox nümayəndəsi müşahidəçi qismində iştirak edib. Yalnız Ermənistan, Moldova […]

Dünya

Türkiyədə məşhur müxbirdən canlı efirdə qalmaqallı hərəkət – FOTO/VİDEO

Türkiyə Kubokunda oynanılan “Qaziantep”-“Fənərbağça” matçının şərhi zamanı “A Spor”un müxbiri Onur Yıldız canlı yayımda olduğuna əhəmiyyət vermədən siqaret çəkib. Oxu.Az-ın verdiyi məlumata görə, qalmaqallı vəziyyətin efirə getməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və istifadəçilər tərəfindən çoxsaylı müzakirələrə səbəb olub. Qalmaqal o qədər böyüyüb ki, oyundan sonra Onur Yıldız açıqlama vermək məcburiyyətində qalıb. O, görüntülərin kanaldakı canlı […]

Kriminal

Şirvanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif vədlər verərək vətəndaşlara məxsus maddi vəsaitləri mənimsəyən şəxs məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, qeyd olunan əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Elşad İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, onun vətəndaşların etibarından istifadə edərək, xarici […]

Dünya

Mbappe Fransa Kubokunun oyununda zədə alıb

PSJ-nin 25 yaşlı vingeri Kilian Mbappe Fransa Kubokunun 1/8 final mərhələsinin “Brest”lə ev oyununda (3:1) zədələnib. Oyunun 69-cu dəqiqəsində Mbappe mərkəz müdafiəçisi Lilian Brassierlə kobud mübarizənin qurbanı olub. Buna görə ona ikinci sarı kart göstərilərək meydandan qovulub. Mənbənin sözlərinə görə, Kilian bu epizodda topuğundan zədə alsa da, matçı davam etdirə bilib və final fitinə qədər […]

Cəmiyyət

Şəhid anasını oğlunun sağ olmasına inandırıb dörd min manatını alıblar – MƏHKƏMƏ

Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad […]