MARAQLI

Məşhur reper Azərbaycana gəlib, Şəmkir rayonunda ferma tikir – FOTO/VİDEO

Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirov Azərbaycanda ferma tikir. Oxu.Az-ın məlumatına görə, azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb. Görüntülərdən aydın olur ki, ferma Şəmkirin Talış kəndində qurulacaq. “Kənd cəlb edir, kəndi çox sevirəm. Azərbaycanda ferma tikirəm”, – deyə o, videoda bildirib. […]

Dünya

Rusiya Ermənistanı KTMT-yə ictimai hücumları dayandırmağa çağırıb

“Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ictimai hücumları dayandırmağa çağırır”. Bu açıqlama ilə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin çıxış edib. “Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təəssüf ki, bizim erməni müttəfiqlərimiz hələlik həqiqətən də təşkilatdan məsafə saxlayırlar”, – deyə Rusiya XİN rəsmisi bildirib. […]

Cəmiyyət

Kafedən çıxan 48 yaşlı kişi itkin düşdü – FOTO

Sumqayıt şəhərində yaşayan Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Rüfət Sovet oğlu Abdullayevin “BTZ bağları” deyilən ərazidə yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. İtkin düşən şəxsin əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, […]

Siyasət

Pakistan parlamentinin heyət rəhbəri: “Azərbaycan xalqı öz liderinə etibar edir”

Pakistan parlamentinin nümayəndə heyətinin rəhbəri Faysal Salim Rəhman Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, o bildirib ki, bu seçkidə müsbət məqamlardan biri o oldu ki, gənclər təşkilat işlərində aktiv iştirak edirdilər: “Bu isə ölkənin rifahına işarədir. Xalq öz liderinə etibar edir. İlham Əliyevi yenidən prezident seçilməsi […]

Siyasət

Valeri Belski: “AŞPA başqa dövlətlərin keçirdikləri seçki prosesinə fikir bildirir, ağıl öyrətmək istəyir”

Belarus Parlamenti Respublika Şurasının üzvləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər. Oxu.Az-ın məlumatına görə, şuranın sədr müavini Valeri Belski bildirib ki, Azərbaycan dövləti hər zaman xoşməramlı qonşuluq münasibətlərinə və xalqlararası dostluq və əməkdaşlığa önəm verib: “Bəzi dövlətlər Azərbaycan haqqında qeyri-obyektiv fikirlər səsləndirsələr də, biz bu fikirlərlə razılaşmırıq. Hesab edirəm […]

Dünya

Osman Mesten: “Seçkinin bütün ərazilərdə keçirilməsi olduqca qürurvericidir”

“Seçkinin bütün ərazilərdə keçirilməsi olduqca qürurvericidir”. Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesten Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinqdə deyib. O əlavə edib ki, seçkidə, əsasən, qadın və gənclərin fəallığı müşahidə olunub: “Seçki çox şəffaf keçirilib. Hətta görmə məhdudiyyəti olan insanlar üçün […]

Siyasət

Nur Cazlan Muhamed: “Heç kimin səsvermə hüququna müdaxilə edilməyib”

Malayziya senatının sədr müavini Nur Cazlan Muhamed Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, o bildirib ki, heç kimin səsvermə hüququna müdaxilə edilməyib: “Bakıda beş, Bilgəh qəsəbəsində bir seçki məntəqəsində müşahidə apardım. Seçici aktivliyi yüksək səviyyədə idi. Əminik ki, seçkidən sonra Azərbaycan və Malayziya arasında dostluq və […]

Kriminal

Hakim rüşvətə görə saxlanıldı, cəza verildi

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hakim icraatında olan mülki işdə tərəflərin birindən rüşvət almaqda ittiham edilir. Binəqədi Rayon Məhkəməsi E.Məmmədovun nüfuzunu, bəlli yaşayış yerinin olmasını və digər nüansları əsaslı sayaraq onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib. Xeberal.az

Siyasət

Valeri Kolyux: “Azərbaycan vətəndaşı ərazi bütövlüyünün bərpa olunmasında iştirak edib”

Ukrayna parlamentlərarası dostluq qrupu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, qrupun həmsədri Valeri Kolyux bildirib ki, 12 seçki məntəqəsində müşahidə aparıblar: “Hazırkı seçkinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bütöv Azərbaycanı əhatə edib. Azərbaycan vətəndaşı ərazi bütövlüyünün bərpa olunmasında iştirak edib”. İlhamə Əbülfət  Xeberal.az