Siyasət

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bununla bağlı President.az məlumat yayıb. Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkisində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və […]

Siyasət

NEWS.ru: “Seçki məntəqələrində növbələr müşahidə olunub”

Rusiyanın populyar NEWS.ru portalı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini işıqlandırıb. Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov portala bildirib ki, ölkədə növbədənkənar prezident seçkisində səs vermək istəyənlərin sayı çox olduğuna görə Azərbaycan sakinləri seçki məntəqələrində növbəyə dayanıblar. Onun sözlərinə görə, özü səs vermək üçün bir saat növbə gözləyib. Eyni zamanda, Cavadov vurğulayıb ki, seçicilərin çoxluğu Mərkəzi […]

Siyasət

Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycanda prezident seçkisində yüksək fəallıq vardı”

“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində yüksək fəallıq müşahidə etmişik”. Oxu.Az-ın məlumatına görə, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze bildirib. Onun sözlərinə görə, bu gün tarixi gündür: “Biz bu gün həmkarlarla birlikdə Azərbaycanda keçirilən prezident seçkisini müşahidə etdik. Mənfi bir hadisə müşahidə […]

Cəmiyyət

Sakinlər daşınan qutu vasitəsilə məntəqələrə getmədən səs verdilər – VİDEO

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 31 saylı seçki məntəqəsində fiziki məhdudiyyəti olan və məntəqələrə gəlib səs verə bilməyən şəxslər üçün daşınan qutu prosesi həyata keçirilib. Belə ki, vətəndaşlar olduqları yerdən səsvermə prosesində iştirak ediblər. Öz namizədlərini seçən sakinlər seçki prosesinin şəffaf keçirildiyini bildiriblər. Ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Siyasət

“Exit poll”un nəticələri açıqlanandan sonra Sumqayıtda avtoyürüş başlayıb – FOTO

“Exit poll”un nəticələri açıqlanandan sonra Sumqayıtda avtoyürüş başlayıb. “Report” məlumat verir ki, sürücülər dövlət bayraqları ilə şəhərdə dövrə vururlar. Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində apardığı “exit poll”un nəticələrini açıqlayıb. Nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb. Xeberal.az

Siyasət

Putinin Türkiyəyə səfəri təxirə salındı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Buna hər iki liderin iş qrafikindəki uyğunsuzluqlar səbəb olub. Xatırladaq ki, səfər fevralın 12-də baş tutmalı idi. Səfər zamanı enerji sektoru, taxıl dəhlizi, Qəzza zolağı və Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılırdı. Mənbə: Hürriyet Xeberal.az

Dünya

ABŞ xüsusi təyinatlılarını Tayvanda yerləşdirəcək

Birləşmiş Ştatlar ordusunun xüsusi təyinatlı qüvvələrini (“yaşıl beretlər”) uzun müddətə Tayvanda yerləşdirəcək. Məlumata görə, ABŞ xüsusi təyinatlıları hərbi təlimatçı qismində Kinmen və Penqhu arxipelaqlarında qarnizonlarda yerləşdirilərək Tayvan hərbçilərinə təlim keçəcəklər. Təlimlərdən birində “Black Hornet” mikro-dronlarından istifadə kursu nəzərdə tutulub. Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun Müdafiə Strategiyası və Resursları Departamentinin rəhbəri Su Tzuyun bildirib ki, […]

İqtisadiyyat

IMF: “Azərbaycan Mərkəzi Bankı hibrid inflyasiya hədəfləmə rejiminə keçməlidir”

“Azərbaycan Mərkəzi Bankının (AMB) pul-kredit siyasəti ilə bağlı mövqeyi məqbuldur və onu daha da yumşaltmazdan əvvəl ehtiyatlı olmaq tövsiyə olunur”. Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir. “İnflyasiya hədəf diapazonuna […]

Cəmiyyət

Milli Qəhrəmanın oğlu: “Şəhidlərimizin ruhları şaddır” – VİDEO

Ərazi bütövlüyümüz tam təmin edildikdən sonra ilk dəfədir Azərbaycanda seçki həyəcanı yaşanır. Torpaqlarımızın azad olunmasında qəhrəmanlarımızın rolu əvəzolunmazdır. Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev də seçkilərdə iştirak edib. O, seçki prosesi ilə bağlı təəssüratlarını Baku TV-yə bölüşüb: “Səsimizi verdik. Vətənə, millətə uğurlu, xeyirli olsun. Şəhidlərimizin ruhları şad olsun. Onların hünərlərinin sayəsində bu gün biz […]