İdman

A kateqoriyası alan azərbaycanlı hakim: “Təmsilçiliyimiz nümunəvi olmalıdır”

“Hakim qismində təmsilçiliyimiz nümunəvi olmalıdır”. Bunu “Report”a açıqlamasında Beynəlxalq Şahmat Federasiyası tərəfindən A kateqoriyalı hakimlik lisenziyası alan İlahə Qədimova deyib. Azərbaycan Şahmat Federasiyasının hakimi bunun böyük etimad olduğunu bildirib: “Uzun illər bu məqsədə doğru addımlamışam. A kateqoriyalı hakim olaraq daha nüfuzlu yarışlarda işləmək imkanı qazanıram. Mənə göstərilən yüksək etimadı doğrultmaq üçün səylə çalışacağam. Vaxtilə şahmatçı […]

Dünya

“Real”ın əfsanəvi qapıçısı vəfat edib

“Real Madrid” klubunun sabiq qapıçısı Migel Anxel Qonsales vəfat edib. Bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb. 77 yaşlı qapıçının ölüm səbəbi açıqlanmayıb. Məlumat üçün əlavə edək ki, Migel Anxel Qonsales 18 il “Real”ın formasını geyinib. Qapıçı komanda ilə səkkiz dəfə ölkə çempionu olub. Xeberal.az

Siyasət

Dünya mediası Azərbaycanda növbədənkənar prezident seçkisinə hazırlıq prosesindən yazıb – FOTO

Dünya mediası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ərəfəsində geniş analitik məqalələr dərc edib. AZƏRTAC xəbər verir ki, Malayziyanın geniş oxucu auditoriyasına malik “New Straits Time” nəşrində dərc olunmuş məqalədə 2020-ci il Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan xalqının ölkənin müasir tarixinin yeni […]

Müsahibə

“Sumqayıt”ın prezidenti: “O qədər stresin qarşılığında nə xərc gözə görünür, nə də başqa bir şey” – MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt” doğma meydanda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdi. Bu, yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan ilk matç oldu. Samir Abasovun baş məşqçisi olduğu komanda hazırda 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev bu qarşılaşma və digər məsələlərlə bağlı “Report”un suallarını […]

Dünya

Pakistanda deputatlığa namizədə silahlı hücum oldu – VİDEO

Pakistanda Milli Assambleya (parlamentin aşağı palatası) üzvlüyünə namizəd Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb. Məlumata görə, ona Sind əyalətinin Mirpur Xas şəhərində sui-qəsd cəhdi edilib. Siyasətçi xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə məlumat verilmir. Qeyd edək ki, Əli Şah Pakistan Xalq Partiyasından seçkilərə namizədliyini irəli sürüb. Yeri gəlmişkən, bundan əvvəl Bəlucistan əyalətinin Xub şəhərində […]

Cəmiyyət

Bir ildə adını, ata adını və soyadını dəyişənlər – STATİSTİKA

Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb. Ədliyyə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub. “2023-cü il ərzində qeydiyyat orqanlarında 2 492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib. Müraciət edən 43 862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb”, – […]

Cəmiyyət

Qubada minik maşını aşıb, sürücü xəsarət alıb – FOTO

Quba-Xaçmaz yolunda minik avtomobili aşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verən hadisə zamanı VAZ-21014 markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı yüngül xəsarət alan sürücü sakinlərin köməyi ilə avtomobildən çıxarılıb. İlkin ehtimala görə, hadisəyə avtomobilin hava şəraitinə uyğun olmayan yüksək sürətlə idarə edilməsi […]

Cəmiyyət

Dama çıxıb özünü atmaq istədi – VİDEO

Bu gün Mingəçevir şəhərində intihara cəhd olub. Bu barədə Fövqəladə Hallar nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.  Bildirilib ki, Mingəçevir şəhəri, Puşkin küçəsində bir nəfər vətəndaş dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd nümayiş etdirib. Bunu görən sakinlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hadisə barədə məlumat veriblər. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından […]

Kriminal

“WhatsApp”da piramida qurdu, 100 nəfəri aldatdı: 200 min manatlıq dələduzluq

“WhatsApp” ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında bir çox vətəndaşın pulunu ələ keçirməkdə təqsirləndirilən Vahid Rzayevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub. “Qaynarinfo” xəbər verir ki, növbəti iclas martın 4-də keçiriləcək. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılacaq. Vahid Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – […]

Cəmiyyət

Azərbaycanda cizgi filmlərinin istehsalı yox səviyyədədir: Səbəb nədir? – ARAŞDIRMA + FOTO

Cizgi filmləri uşaqların həyatında mühüm rol oynayır. Onlar uşaqlara müxtəlif bacarıqlar, yaradıcılıq imkanları qazandırmaqla yanaşı, mənfi təsirlər də göstərə bilər. Mövzunun aktuallığını nəzərə alaraq “Report” cizgi filmi sektorunun dünyada və Azərbaycandakı bugünkü durumunu araşdırmağa çalışıb. Dünya praktikası Amerika Birləşmiş Ştatları (ABŞ) cizgi filmi sənayesinə görə qabaqcıl ölkələr sırasındadır. “Hollywood” studiyalarında dünyada məşhur olan animasiya filmləri […]