Cəmiyyət

Şəkidə iki avtomobil toqquşub: Xəsarət alanlar var

Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan iki nəfər, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına […]

Siyasət

Ceyhun Bayramov MDB PA Şurasının Baş katibi ilə seçkiyə hazırlıq məsələlərini müzakirə edib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisindən irəli gələn məsələlər müzakirə olunub. MDB məkanında qanunvericilik orqanları arasında təmasların qurumasına […]

Siyasət

Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir. […]

Dünya

Rusiyada içərisində 38 şagirdin olduğu məktəb yandı – FOTO/VİDEO

Rusiyanın Komi Respublikasının Koyqorodski rayonunun Qriva kəndində taxta konstruksiyalı məktəb yanıb.  Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanan məktəbdən 40-dan çox insan, o cümlədən 38 uşaq təxliyə edilib.   İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.  Hazırda hadisənin səbəbləri araşdırılır.  Mənbə: TASS  Xeberal.az

Siyasət

Ceyhun Bayramov TÜRKPA Müşahidə Missiyasının rəhbərini qəbul edib – FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir […]

Cəmiyyət

Seysmoloqlarımız Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar

Azərbaycanlı seysmoloqlar Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar. Bununla bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “6 Şubat 2023 Depremleri ve Mühendislik Paneli” mövzusunda keçirilən onlayn iclasda məlumat verib. Professor iclasda 2023-cü ilin aprel ayında mərkəz əməkdaşları ilə birgə qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya […]

Siyasət

Ceyhun Bayramov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Görüş zamanı Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkisi ilə bağlı məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov […]

Cəmiyyət

İsrail qırıcıları Livanda hərbi mövqeləri bombaladı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Azərbaycanda növbədənkənar prezident seçkisinə hazırlıq işləri tamamlanıb. Seçkini izləyəcək beynəlxalq müşahidəçilərin sayı da bəllidir. İsrailin aviasiya qüvvələri Livanın cənubunda yerləşən hərbi mövqeləri bombaladı. Rəsmi Təl-Əviv əməliyyatın təfərrüatını açıqladı. Hərbi qulluqçuların aylıq məvacibləri artırıldı. Baş nazir qərar imzaladı. “Nikosayağı” kimi tanınan blogerin məhkəməsi keçirildi. Uzun müddətdir müzakirələrə səbəb olan Nicat […]

Dünya

Dağıstanda qar uçqunu bütöv bir bölgəyə giriş-çıxışı bağladı – VİDEO

Dağıstanda qəfil qar uçqunu baş verib. Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsindən məlumat verilib. “Dağıstanın bütün yüksək dağlıq Tsuntinski rayonu ilə qar uçqunu səbəbindən nəqliyyat əlaqəsi kəsilib”, – məlumatda bildirilir. Ölənlər barədə məlumat verilməyib, detallar dəqiqləşdirilir. Qeyd edək ki, Soçi kurortunda da həmçinin qar uçqunu baş verib. Xilasedicilər altı nəfəri qar altından […]

İdman

Basketbol üzrə Azərbaycan milli komandaları Ermənistan yığmaları ilə eyni qruplara düşüb – FOTO

Basketbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının Avropa çempionatındakı rəqibləri bəlli olub. Azərbaycan Basketbol Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 20 yaşadək oğlan basketbolçulardan ibarət yığma B divizionunun B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələri ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək. 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi iyulun […]