Dünya

Əfsanəvi Ronaldu ad gününü qeyd edib: “Mançester Yunayted” keçmiş hücumçusunu təbrik etdi – FOTO

Ötən gün Səudiyyə Ərəbistanının və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldunun doğum günü olub. Onun 39 yaşı tamam olub. Qalmaqallı gedişinə baxmayaraq, “Mançester Yunayted” keçmiş hücumçusunu 39 yaşı münasibətilə təbrik edib. “Yaşasın Ronaldu!”, – deyə ingilis klubunun sosial şəbəkə hesabında portuqaliyalının şəklinin altında yazılıb. Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”in heyətində 346 oyun keçirib, 145 qol […]

Dünya

Kaliforniyada daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib – VİDEO

ABŞ-nin qərb sahili bir neçə gün ərzində əhəmiyyətli yağışlarla üzləşib və Kaliforniyada 20 milyon insan daşqın xəbərdarlığı alıb. Qeyd olunur ki, çərşənbə günündən başlayaraq Şimali Kaliforniyada güclü yağışlar yağıb və cümə axşamı səhər Los-Ancelesə çatıb. Şəhərin bəzi yollarını su basıb, turistlər arasında sahil mənzərələri ilə tanınan avtomobil yolu olan “Pacific Coast Highway”in bir hissəsi bağlanıb. […]

Dünya

“Roma” “Kalyari”ni darmadağın etdi – VİDEO

A Seriyasının 23-cü turunda “Roma” “Kalyari”ni qonaq edib.   Romadakı “Olimpiko” stadionunda baş tutan oyun ev sahiblərinin mütləq üstünlüyü ilə keçib. Paytaxt klubu rəqibin qapısından dörd cavabsız qol keçirib. “Canavar”ların heyətində Dibala dublla yadda qalıb.  Beləliklə də, hazırda “Roma”nın 38 xalı var və komanda turnir cədvəlində beşinci yerdədir. “Kalyari” isə 18 xal qazanaraq 18-ci pillədə qərarlaşıb.  […]

Dünya

Yer kürəsində temperaturun nə qədər artdığı bəlli oldu

Avstraliya və ABŞ okeanoloqları qədim dəniz süngərlərinin tədqiqi nəticəsində ilk kimyəvi sübut əldə ediblər. Onlar təsdiq ediblər ki, 1860-cı illərin ortalarından bəri Yer kürəsində orta temperatur 1,7 dərəcə Selsi artıb. Bu, BMT ekspertlərinin hazırkı hesablamalarından nəzərəçarpacaq dərəcədə yüksəkdir.   Alimlərin kəşfi “Nature Climate Change” jurnalında dərc olunub.  Jurnalın mətbuat xidmətinə məlumat verən Qərbi Avstraliya Universitetinin (Krouli) […]

Siyasət

Rusiyanın “Birinci kanal”ında Azərbaycanda prezident seçkisi barədə reportaj yayımlanıb – FOTO

Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi barədə reportaj yayımlanıb. Oxu.Az xəbər verir ki, reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. Xüsusi olaraq vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tutacaq. Süjetdə Qarabağda, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində aparılan yenidənqurma-bərpa işlərindən, seçki […]

Dünya

Dağıntılar altından çıxarılanda su təklifinə cavabı ilə hamını güldürən hataylı qız arzusundan danışdı – VİDEO

Türkiyədə “əsrin fəlakət”indən dörd gün sonra dağıntılar altından çıxarılanda su içmək təklifinə “hələ müayinə olunmamışam” cavabı ilə hər kəsi güldürməyi bacaran Hazal arzusunu açıqlayıb. O, çox sevdiyi müəlliməsinin yolunu davam etdirmək istədiyini deyib. Qeyd edək ki, böyük faciədən bir il sonra qızcığaz artıq yeni şəraitə adaptasiya olmağa başlayıb: mahnılar oxuyur, musiqi alətlərində ifa edir, muncuqlardan […]

MARAQLI

İşlərimizi hansı saatlarda görsək daha faydalı olarıq? – ARAŞDIRMA

Zəngli saatın qurulması üçün ən optimal vaxt 7:22-dir. Çünki 5:22 ilə 7:21 arasında yuxudan duranlar, bundan gec oyananlara nisbətən daha yüksək kortizol (stress hormonu) səviyyəsinə malikdirlər. Bu barədə Britaniyanın Vestminster Universitetinin alimlərinin apardıqları araşdırmadan məlum olub. Tədqiqat gün ərzində mütəmadi yerinə yetirilən işlər üçün vaxtın seçilməsinə, həmçinin bunun nə üçün vacib olduğuna aiddir. Məsələn, bildirilir […]

Dünya

Rusiyada sərxoş gömrük generalının polis bölməsində çəkilən görüntüləri gündəm oldu – VİDEO

Rusiyada Federal Gömrük Xidmətinin baş idarəsinin maddi-texniki təminat şöbəsinin rəhbəri, general-leytenant Oleq Zavqorodniyə aid görüntülər yayılıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. Videoda görünür ki, Daxili İşlər Nazirliyinin şöbəsində general-leytenant sərxoş vəziyyətdə yerdə uzanıb. O, qışqıraraq polis əməkdaşlarına hücum etməyə çalışıb. Görüntülər Kalininqrad şəhərində lentə alınıb. Bundan əvvəl general-leytenant Zavqorodni və gömrük xidməti rəis müavini, […]

Dünya

Rusiyada göyərtəsində idmançıların olduğu təyyarə uçuş-enmə zolağından çıxıb – FOTO/VİDEO

Rusiyada göyərtəsində 87 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından çıxıb. Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Nəqliyyat Prokurorluğu SSRİ-nin Əməkdar məşqçisi Tatyana Tarasova və digər fiqurlu konkisürənlərin olduğu Moskvadan Saransk şəhərinə uçan təyyarənin hava limanında uğursuz enişinin səbəblərini araşdırır. “İlkin məlumatlara görə, fevralın 5-də axşam saatlarında Moskvadan Saranska uçan sərnişin təyyarəsi aerodromda sükanı […]