Dünya

Teylor Svift “Grammy”dəki davranışına görə tənqid olunub – FOTO

Məşhur müğənni Teylor Svift “Grammy” mükafatlandırma mərasimində davranışına görə tənqid edilib. Tamaşaçılar Selin Dionun “İlin Albomu” mükafatını Sviftə təqdim edərkən, gənc müğənninin titulu həmkarına məhəl qoymamasından narazı qalıblar. Teylor mükafatını Selin Dionun əlindən dartıb götürüb, qələbəsinə heyran qalaraq onun təbrikini heç dinləməyib. Daha sonra sosial şəbəkələrdə şounun səhnəarxasında Sviftin Dionla qucaqlaşan fotosu yayılıb. Mənbə: People […]

Kriminal

Xəzər rayonunda narkotiklə bağlı 48 nəfər saxlanılıb

Yanvar ayında Xəzər rayonunda keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və daşınmasını təşkil edən 35 fakt üzrə 48 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə […]

Dünya

Serbiyalı politoloq: “Azərbaycan Ermənistana siyasi empatiya baxımından yanaşır”

“Regiondakı hər bir müşahidəçi üçün tamamilə aydındır ki, Azərbaycan həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” layihələri boyunca ticarət əlaqələrində, beynəlxalq enerji bazarında və infrastruktur sahəsində əvəzolunmaz rol oynayacaq”. Bunu “Report”a açıqlamasında serbiyalı politoloq Stefan Antiç deyib. Ekspert hesab edir ki, Bakının logistika marşrutlarının yaradılmasında İrəvanı nəzərə almamaq imkanının olmasına baxmayaraq, Azərbaycan Ermənistanı regional əhəmiyyətli layihələrin, o […]

Cəmiyyət

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib – FOTO

Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində dəyişikliklər edilib, həmçinin cari məsələlərə baxılıb. Sonra çıxış edən MSK sədri Məzahir Pənahov seçki ilə bağlı bütün məsələlərin yekunlaşdığını diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərdə səsvermə ilə bağlı […]

Siyasət

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib – FOTO

Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində dəyişikliklər edilib, həmçinin cari məsələlərə baxılıb. Sonra çıxış edən MSK sədri Məzahir Pənahov seçki ilə bağlı bütün məsələlərin yekunlaşdığını diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərdə səsvermə ilə bağlı […]

Cəmiyyət

Küçədə çılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə Göyçay şəhərində qadının ictimai yerlərdə çılpaq vəziyyətdə gəzməsinə dair görüntülər yayılıb. Havanın soyuq olmasına baxmayaraq, küçədə geyimsiz hərəkət edən şəxs insanlarda narahatlıq yaradıb. DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib: “Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və […]

Cəmiyyət

Mahsun Azərbaycanı məyus etdi: Torpaq iddiası – VİDEO

Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Kırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub. Axar.az xəbər verir ki, Mahsun Kırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı videoçarxını kürd dilində yayımlayıb. O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı kürd şəhəri adlandırıb. […]

Dünya

Nika Çitadze: “İrəvan Cənubi Qafqazda daha konstruktiv mövqe tutmalı olacaq” – MÜSAHİBƏ

Parlament seçkisinin keçirilməsi planlaşdırılan 2024-cü il Gürcüstan üçün gürcü oliqarx, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının təsisçisi Bidzina İvanişvilinin siyasətə qayıdışı ilə əlamətdar oldu. Partiyanın yeni nizamnaməsinə görə, o, ölkənin baş naziri postuna seçilmək üçün səlahiyyət qazandı. Bundan əlavə, “Gürcü Arzusu” Partiyasının fəxri sədri kimi, o, hökumət başçısı vəzifəsinə namizədlər irəli sürə və partiyanın […]

Cəmiyyət

Apteklərdə yoxlama: Nöqsanlar aşkarlandı – FOTO

2024-cü ilin yanvar ayı ərzində respublikanın digər şəhər və rayonlarında 21 aptekdə planlı yoxlama aparılıb. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3 maddələri üzrə protokollar tərtib edilib. Xeberal.az

Cəmiyyət

İşçi qrupu özbaşına tikililərlə bağlı problemi necə həll edəcək? – AÇIQLAMA + FOTO

“Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb”. Bunu ötən gün Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Oxu.Az-a açıqlamasında bildirib. O, mühafizə zonaları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb: “Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüzminlərlədir. Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, […]