Dünya

ABŞ və Böyük Britaniyadan Yəmənə növbəti SİLSİLƏ ZƏRBƏLƏR – VİDEO

ABŞ və Böyük Britaniya Yəməndə “Ənsar Allah” hərəkatının (Husi) hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib. Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Qeyd olunur ki, Hudeydə və Səada əyalətləri hücuma məruz qalıb. Telekanalın məlumatına görə, ABŞ və Britaniya Hudeydə əyalətinin Ras İsa limanı və Əz-Zeydiyyə şəhəri ərazisinə 11 zərbə endirib. Daha 4 zərbə əyalətin administrativ […]

Cəmiyyət

Ağır yanıq xəsarətləri alan məktəblinin köməyinizə ehtiyacı var – FOTO

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı keçən ilin aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb. Bu barədə Oxu.Az-a onun anası Şəfa Abdullayeva məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Ananın sözlərinə görə, səkkiz yaşlı qızı məktəbdən gəldikdən sonra qaz sobasını yandıraraq isinmək istəyib və çaydanı onun üzərinə qoyub: “Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu […]

Cəmiyyət

Bakıda Rüstəm İbrahimbəyovun muzeyinin yaradılması planlaşdırılır

Bu gün 85 illik yubileyi qeyd olunan Azərbaycanın Xalq yazıçısı, dramaturq, ssenarist və rejissor, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyovun Bakıda muzeyinin açılışı planlaşdırılır. Bu barədə dramaturqun qızı, aktrisa, rejissor və ssenarist Fatimə İbrahimbəyova TASS-a bildirib. F.İbrahimbəyova qeyd edib ki, yubiley ilində onun kitablarının Azərbaycan dilinə tərcüməsi və retrospektiv nümayişləri də planlaşdırılır. “Planlar çoxdur, […]

Siyasət

DSK sədri: “Beynəlxalq müşahidəçilər seçki məntəqələrində yaradılmış şəraitlə tanış olublar”

“Müxtəlif beynəlxalq təşkilatların müşahidəçiləri bizim dairədə olan seçki məntəqələrinə baş çəkiblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri tam sərbəst şəkildə yerli məntəqələrdə üç dəfə monitorinq aparıblar. Seçkiyə hazırlıq prosesi, məntəqələrdə yaradılmış şəraitlə tanış olublar”.  Bunu secki-2024.az saytına açıqlamasında 98 saylı Bərdə-Tərtər dairə seçki komissiyasının (DSK) sədri Namiq Quliyev bildirib. DSK sədri qeyd […]

Dünya

Tokioda qara görə 70-dən çox reys ləğv edilib

Yaponiyaya yağan güclü qar nəticəsində paytaxt Tokionun hava limanlarından ölkənin digər yaşayış məntəqələrinə hərəkət etməli olan 70-dən çox reys ləğv edib. Bu barədə uçuşu həyata keçirməli olan aviaşirkətlərin yaydığı məlumatda qeyd olunub. Artıq hava şəraiti ilə əlaqədar sərnişinlərə əlavə qrafik dəyişikliklərinin mümkünlüyü barədə də xəbərdarlıq edilib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Qubada avtomobil qadını vuraraq öldürüb

Qubada avtomobil qadını vuraraq öldürüb. APA xəbər verir ki, hadisə Xarovşa kəndində qeydə alınıb. 1952-ci il təvəllüdlü Ağarza Məmmədov sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2106 markalı avtomobillə Zahidə Həsənovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az

Cəmiyyət

Sumqayıt-Bakı sürət qatarı qadını vurub

Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qəza nəticəsində qadın […]

Cəmiyyət

Bakıda dava olub: Bıçaqlananlar var

Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. APA xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində olub. Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Murad Mehdi oğlu Ələkbərov və 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilov bıçaq xəsarətləri alıblar. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırırlar. Xeberal.az

Cəmiyyət

Tərtərdə məktəb yanğından mühafizə olunub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər rayonunun Mamırlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. […]