Dünya

ABŞ Senatı Ukrayna və İsrailə yardım haqqında kompromis qanun layihəsi təqdim edib

ABŞ Senatı ölkə sərhədinin qorunması, həmçinin Kiyev və İsrailə 118,28 milyard dollarlıq yardım haqqında kompromis qanun layihəsi təqdim edib. Müvafiq sənəd ABŞ Senatının Təxsisatlar Komitəsinin saytında dərc olunub. Qeyd olunur ki, 60,06 milyard dollar Ukraynaya dəstək üçün, daha 14,1 milyard dollar isə İsrailə xərclənəcək. Bundan əlavə, 20,2 milyard dollar məbləğində vəsait ABŞ sərhədlərinin qorunmasına sərf […]

Dünya

Tramp: “İran yaxın 60 gün ərzində nüvə silahına sahib olacaq”

“İran yaxın 60 gün ərzində nüvə silahına sahib olacaq”. Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib. O bu məsələdə Ağ Evin hazırkı rəhbəri Co Baydeni ittiham edib. “Onlar nüvə silahı əldə etdikdən sonra bu, artıq tamam başqa tarix olacaq. Tamamilə fərqli danışıqlar, tamamilə fərqli razılaşmalar… Bayden onlara bunu etməyə icazə verdi”, – deyə […]

Cəmiyyət

ABŞ-də azərbaycanlı gənc intihar edib

ABŞ-nin Azərbaycan icmasına ağır itki üz verib. Oxu.Az xəbər verir ki, əvvəllər Kaliforniyanın Kupertino şəhərində yaşayan gənc həmyerlimiz Şahbaz Abdurrəhmanov Viskonsində intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Şahbazın nəşini Bakıya göndərmək üçün Azərbaycan səfirliyi və diaspor təşkilatlarına müraciət olunub. Bu məqsədlə 3 min manat vəsait ayrıldığı bildirilir. […]

İdman

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı proqramına start verilib – FOTO

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) bu il Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin marşal qeydiyyatı proqramına start verib. BŞH-dən verilən məlumata görə, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs marşal proqramına qoşula bilər. “Formula-1” yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil […]

Cəmiyyət

Qubada ağır qəza: 5 nəfər xəsarət alıb

Qubada xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Şimal bürosunun məlumatına görə, rayonun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il […]

Cəmiyyət

Nə asfalt var, nə işıq: Biləcərinin yolları nə zaman düzələcək? – AÇIQLAMA + FOTO

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər yolların bərbad vəziyyətindən şikayətçidirlər. Bu barədə vətəndaşların Oxu.Az-ın redaksiyasına göndərdikləri şikayətdə qeyd edilib. Söhbət Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 6 ünvanından gedir. Vətəndaş iddia edir ki, sözügedən ünvanda məhəllələrin yolları keçilməz haldadır: “Yollarda nə asfalt örtüyü var, nə yol kənarında işıq dirəyi var. Sözün əsl mənasında bu əraziyə […]

Cəmiyyət

Bakıda maşından benzin oğurlayan şəxs kameraya düşdü – ANBAAN VİDEO

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində avtomobillərdən səsgücləndiriciləri oğurlayan, benzin çəkib aparan şəxs peyda olub. Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, qəsəbədə belə hallar dəfələrlə təkrarlanıb. Maraqlısı budur ki, maşınlara qənim kəsilən şəxs artıq təhlükəsizlik kameralarına belə, məhəl qoymur. Şikayətçinin sözlərinə görə, hadisə ilə bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edilib. Oğurluğun anbaan görüntülərini […]

Dünya

Pakistanda polis məntəqəsinə silahlı hücum olub: Azı 10 polis əməkdaşı öldürülüb

Pakistanın şimal-qərbində 30-dan çox silahlı şəxs polis məntəqəsinə hücum edib. Qeyd olunub ki, iki saatdan çox davam edən şiddətli atışma nəticəsində azı 10 polis əməkdaşı həyatını itirib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Ehtimal edilir ki, polis məntəqəsinə hücumu Pakistanda fəaliyyət göstərən “Təhrik-e-Taliban” qruplaşması həyata keçirib. Mənbə: Apnews.com Xeberal.az

Kriminal

Həftəsonu Xankəndidə 27 silah aşkarlanıb

Fevralın 3-də və 4-də Xankəndi şəhəri ərazisində 27 silah və sursat aşkarlanıb. Bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, iki ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, bir tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1 609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Xeberal.az

Dünya

Türkiyəli professor: “Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər”

“Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər”. Bunu “Report”a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay deyib. O qeyd edib ki, hazırda Gürcüstanda Baş nazir dəyişikliyi və Rusiya ilə Avropa İttifaqının regiona nəzarət uğrunda mübarizəsi diqqət mərkəzindədir. Professor Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana etdiyi son səfərdən də söz […]