Dünya

2023-cü ilin 20 yaşadək futbolçulardan ibarət rəmzi komandası açıqlanıb – FOTO

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 20 yaşadək futbolçulardan ibarət 2023-cü ilin rəmzi komandasını açıqlayıb. Komandanı formalaşdırmaq üçün 3-4-3 sxemi seçilib. Oxu.Az-ın məlumatına görə, bu barədə IFFHS-in saytında xəbər verilib. Bildirilib ki, araşdırma avropalı oyunçular arasında aparılıb. Qapıçı: Sebastyano Deplanş (İtaliya). Müdafiəçilər: Levi Koluill (İngiltərə), Antonio Silva (Portuqaliya), Alexandro Balde (İspaniya). Yarımmüdafiəçilər: Qavi (İspaniya), Cud […]

Dünya

Messi Honkonq hökumətini qəzəbləndirib

Honkonq hökuməti “İnter Mayami”nin hücumçusu Lionel Messinin yerli liqa komandası ilə yoldaşlıq oyununda iştirak etməməsindən narazı qalıb. Onun müqaviləsinə əsasən, Messi matçda 45 dəqiqə oynamalı idi, lakin meydana çıxmayıb. Oyunun keçirilməsi üçün 1,9 milyon dollar qrant, 128 min dollar isə oyunun keçirildiyi stadiona ayrılıb. Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə […]

Cəmiyyət

Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsi təşkil edilib – FOTO

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır. Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb. Bu tədbirlərin başlıca məqsədi işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da […]

Dünya

Ermənistan vətəndaşının üzvü olduğu dəstə Rusiyada terror törətmək istəyib – VİDEO

Terror aktları törətmək məqsədilə Ukraynanın Odessa şəhərindən Voronejə (Rusiya) göndərilən partlayıcı maddələr Gürcüstanda saxlanılıb. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib. Məlumata görə, partlayıcı maddələrin daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak ediblər. Yük yanvarın 19-da ölkə ərazisinə çatdırılıb. Bir detonator və altı xüsusi açar olan partlayıcının ümumi çəkisi 14 kq olub. Maddələrin daşınmasının təşkilatçılarının […]

Siyasət

Ermənistandan Azərbaycana keçərkən saxlanılan şəxslə bağlı səfirlikdən RƏDD CAVABI

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib. “Report”un müvafiq sorğusuna cavab olaraq səfirlikdən məsələni şərh etmədiklərini bildiriblər. Xatırladaq ki, fevralın 3-də Çex Respublikasının vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb. Elə həmin gün müvafiq məlumat Çex Respublikasının Azərbaycandakı konsulluğuna […]

Cəmiyyət

Azərbaycan Ordusunda qidalanma: Hansı yeməklər verilir, sistem necədir? – ARAŞDIRMA + FOTO

Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindəndir. Çünki qidalanma onların gündəlik fəaliyyətinə, döyüş hazırlığına, təlim-tədrisinə təsir edən əsas amillərdəndir. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qidalanma rasionunda və rejimində də zaman-zaman müəyyən yeniliklər edilib. Hazırda da bu istiqamətdə NATO standartları tətbiq edilməkdədir. Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Ordusu hələ tam formalaşmamışdı, texnika ilə təchizat […]

İdman

ACF rəsmisi: “Bəzi cüdoçular bizi məyus edir, ümidləri doğrultmurlar”

“Təbii ki, bəzi çatışmazlıqlar və bizi məyus edən idmançılar var. Bunu açıq şəkildə deməliyəm. Federasiyanın onlara göstərdiyi etimadı tam doğrultmurlar”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib. Funksioner yığma üzvlərinin Portuqaliyadakı Qran-pri və Fransadakı “Böyük Dəbilqə”dəki çıxışlarına toxunub: “Bizim üçün ilin əsas yarışı Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Hazırda bütün hazırlıqlar […]

Dünya

“Əl Cəzirə” qəzeti Azərbaycanda keçiriləcək prezident seçkisindən yazıb

Ər-Riyadda nəşr olunan “Əl Cəzirə” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkisi haqqında məqaləsi dərc olunub. Secki-2024.az saytı xəbər verir ki, məqalədə prezident seçkisinin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı başlatdığı və 44 gün davam edən müharibədə Qələbəsi və ötən il aparılan lokal […]

Cəmiyyət

ETSN: “Zığ gölünün ətrafının abadlaşdırılması layihəsi hazırdır” – AÇIQLAMA + FOTO

Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Zığ gölü ətrafında acınacaqlı ekoloji vəziyyət hökm sürür. Durumu əks etdirən görüntüləri bloqer Anar Əliyev paylaşmışdı. Bununla bağlı Oxu.Az-ın sualını cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Zığ gölünün ətrafının abadlaşdırılması ilə bağlı layihə hazırdır və təhlil mərhələsindədir. “Zığ gölünün reabilitasiyası, təmizlənməsi və ətrafının abadlaşdırılması […]

Cəmiyyət

Azərbaycandan xaricə 2,4 min diri at satılıb

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ölkələrə 2 min 388 baş diri at satıb. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə at ixracı azalıb. Belə ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycandan xaricə 3 min 4 baş at satılıb. Ötən il xaricə satılan bir baş atın […]