Cəmiyyət

Ticarət və iaşə obyektlərinin qarşındakı parkinqlər qanunidir? – VİDEO

Əksər supermarketlərin qarşısında parklanma yerləri var. Həmçinin parklamaya kömək edən şəxslər ərazidə olurlar. Ancaq bu parklanma yerləri “Azparking” tətbiqinə aid deyil. Bəs bu parkinqlər qanunidirmi? Onların işinə hansı qurum və necə nəzarət edir? Xezerxeber.az-ın məlumatına görə, ictimai iaşə obyektlərinin əksəriyyətinin qarşısında parkinq üçün yer olsa da, bu, qanunla yox, məhz insanlar tərəfindən tənzimlənir. Əsasən supermarketlərin […]

Siyasət

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayırlar

Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçknin qısamüddətli monitorinqinə başlayırlar. “Report” xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildirlər. Azərbaycanda keçiriləcək növbədənkənar prezident […]

Dünya

Seneqalda prezident seçkisi təxirə salındı

Seneqal Prezidenti Maki Sall ölkədə fevralın 25-də keçiriləcək prezident seçkisinin təxirə salındığını açıqlayıb.  Dövlət başçısı xalqa televiziya müraciətində deyib: “Mən seçki qanununu namizədlərlə bağlı mübahisələrə görə ləğv edirəm”.   O, səsvermə üçün yeni tarix açıqlamayıb.  Qeyd edək ki, Seneqal Konstitusiya Şurası prezident seçkisində iştirak etmək üçün 20 namizədi təsdiqləyib. Bununla belə, namizədlərdən birinin ikili vətəndaşlığa malik […]

Cəmiyyət

Məzuniyyətə gələn hərbçi dəm qazından zəhərlənib öldü

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. “Unikal”ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma başlanıb. Xeberal.az

İdman

“Aston Villa” autsayderə rəhm etmədi – VİDEO

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları davam edir. Liderlər qrupunda qərarlaşan “Aston Villa” səfərdə turnir cədvəlinin sonuncusu “Şeffild”lə qarşılaşıb. Qonaqlar ev sahiblərinə aman verməyiblər.   Matçda tamaşaçılar beş qolun şahidi olublar ki, onların da hamısı “Şeffild”in qapısına vurulub. Beləliklə də, turnirin autsayderi meydanı darmadağın olunaraq tərk edib – 0:5.   Bu qələbə sayəsində “Aston Villa” xallarının sayını […]

İqtisadiyyat

Dollara tələbat artıb: Manatın məzənnəsi dəyişəcəkmi? – VİDEO

Azərbaycanda 2014-cü ilin yanvar və fevral aylarında xarici valyutaya tələbatın yüksəlməsi davam edib. Bəs xarici pul vahidlərinə kütləvi ehtiyacın yaranması nə ilə bağlıdır? Milli valyutanın ABŞ dollarına qarşı məzənnəsində dəyişiklik ola bilərmi? İqtisadçı Eyyub Kərimli hesab edir ki, xarici valyutaya və əsasən də dollara tələbatın artması ilin əvvəlində ölkəyə idxal olunan məhsulların artması, idxalın dövriyyəsinin artması […]