Dünya

Belaruslu heykəltaraş heç kimin risk etmədiyi işi gördü – VİDEO

Belaruslu rəssam və heykəltaraş İvan Karpitski buzdan gəmi düzəldib. Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Kadrlardan aydın olur ki, gəminin hərəkətini idarə etmək üçün fırlanan şturvalı və enerji mənbəyinə qoşula bilən və avar funksiyasını icra edən iki təkəri var. Mənbə: “Pul №3” “Telegram” kanalı Xeberal.az

Dünya

3500-lük meymun “ordu”su Tayland şəhərini ələ keçirdi

3500 uzunquyruqlu meymundan ibarət “ordu” Taylandın Lopburi şəhərini ələ keçirərək, onun iqtisadiyyatı və sakinləri üçün təhlükə yaradıb.   Heyvanlar məşhur yerli məbəddə toplaşaraq turistlər üçün cəlbedici olsalar da, onların aqressiv davranışları indi səyahətçiləri qorxudur və yerli sakinlər üçün problemlər yaradır.  Turistlərin sayının azalması və xarici investorların, xüsusən də çinlilərin ölkəni tərk etməsi xəyal şəhərə çevrilə biləcək […]

Dünya

Jurnalistə ölüm arzulayan italiyalı nazir müavini oğurlanan rəsm əsərinə görə istefa verdi – FOTO

İtaliyanın mədəniyyət nazirinin müavini, sənətşünas Vittorio Sqarbi 17-ci əsrə aid rəsm əsərinin oğurlanması ilə bağlı aparılan araşdırmalar fonunda qalmaqala, habelə jurnalistə ölüm arzuladığına görə istefa verib. “Mən dərhal nazir müavini vəzifəsindən istefa verirəm və bu barədə İtaliyanın Baş naziri Corciya Melonini məlumatlandıracağam”, – deyə o bildirib. Qeyd edək ki, yanvarın əvvəlində Sqarbi dahi rəssam Rutilio […]

MARAQLI

Böyük Britaniyada anestezioloq cərrahi əməliyyat zamanı yuxuya gedib

Böyük Britaniyada 61 yaşlı anestezioloq Tomas Herbst cərrahi əməliyyat zamanı pasiyentə narkoz verdikdən dərhal sonra yuxuya gedib. Həkim o qədər möhkəm yatıb ki, həmkarları onu böyük çətinliklə oyada biliblər. Britaniya tribunalı anestezioloqun tibbi etikanı ciddi şəkildə pozduğu qənaətinə gəlib və onu bu əməlinə görə işdən uzaqlaşdırıb.  Herbst özünü müdafiə edərkən bir gün əvvəl vergi bəyannaməsini […]

Dünya

“The Beatles” qrupu üzvlərinin çəkdiyi şəkil hərracda 1,74 milyon dollara satıldı – FOTO

Böyük Britaniyanın dünyaca məşhur “The Beatles” rok qrupunun üzvlərinin çəkdikləri tablo hərracda 1,74 milyon dollara (2,9 milyon AZN) satılıb. Bildirilir ki, tablo qrupun 1966-cı ildə Yaponiyada konsert turu zamanı çəkilib. Rəsm abstraksionizm üslubunda işlənib. Əsər ənənəvi yapon kağızı “vaşi”də həkk olunub. Mənbənin sözlərinə görə, həmin günlərdə rok qrupunun üzvləri təhlükəsizlik səbəbi ilə konsertlərdən asudə vaxtlarında […]

Dünya

İnsanda yaxşı əhvali-ruhiyyə yaradan məhsullar açıqlandı – SİYAHI

İnsanın əhvali-ruhiyyəsini neyrotransmitterlər (serotonin, dopamin, endorfin, triptofan, norepinefrinlər) yaxşılaşdırır. Onların sayəsində insan canlılıq və müsbət emosiyalar hiss edir. Bu barədə rusiyalı qastroenteroloq Darya Utyumova danışıb. O, əhvalı yaxşılaşdırmağa kömək edən ən vacib qidaları sadalayıb: “Toyuq və mal ətində dopamin və norepinefrin səviyyəsini artıran tirozin amin turşusu var. Bu maddələr əhval-ruhiyyəni yaxşılaşdırır, konsentrasiyanı və yaddaşı yaxşılaşdırır. Bundan […]

İdman

Taylandda saxta Xabi Alonso peyda olub

Tayland polisi azarkeşlərdən özlərini “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso kimi təqdim edən onlayn fırıldaqçılara pul köçürməməyi xahiş edib.  Yerli hüquq-mühafizə orqanları xəbərdarlıq edib ki, ispan məşqçinin sosial şəbəkədə təsdiqlənmiş hesabında azarkeşlərdən Liverpula təyyarə biletlərinin ödənilməsi üçün 8500 dollar istənilir.  “Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını elan etdikdən sonra komandanın başına Alonsonun keçəcəyi […]

Dünya

Efiopiyada 50 mülki şəxs hökumət qüvvələri tərəfindən öldürülüb

Bu həftə Efiopiyanın şimalındakı Meravi şəhərinin (Amhara ştatı) 50-dən çox sakini hökumət qüvvələri tərəfindən öldürülüb.   Şəhər əhalisinin öldürülməsi federal qoşunlarla Amhara milisləri arasında gedən döyüşdən sonra baş verib. Hadisə ilə bağlı rəsmi və ya müstəqil mənbələrdən heç bir təsdiq yoxdur.  Qeyd edək ki, 2023-cü ilin yayında federal hakimiyyət yerli polisin tərksilah edilməsini tələb etdikdən sonra […]

Dünya

İtaliyanın sonuncu kralının oğlu vəfat etdi

İtaliyanın sonuncu kralı II Umbertonun oğlu, Savoyalı Viktor Emmanuel şənbə günü İsveçrədə 87 yaşında vəfat edib.  Neapol şahzadəsi, Savoya hersoqunun Cenevrədə, ailə üzvlərinin əhatəsində vəfat etdiyi bildirilib.  Viktor Emmanuel 12 fevral 1937-ci ildə Neapolda anadan olub. Onun atası Kral II Umberto 1946-cı il mayın 9-dan iyunun 12-dək taxtda oturub. 1946-cı ilin iyununda italyanlar referendumda monarxiyanın […]

Dünya

Finlandiyada çəhrayı qar aşkar edilib – FOTO

Finlandiyanın Yuva şəhərində fərdi evlərin həyətlərində qar çəhrayı rəngə boyanıb. Yerli sakinlər xilasetmə xidmətinə müraciət ediblər.  Məlumata görə, naməlum maddənin təsirilə qar mazut qoxusu verib, ətrafda isə heç bir iz qalmayıb.   Yerli sakinlər boyanın göydən düşməsinə inanırlar.  Xilasetmə xidməti isə belə nəticəyə gəlib ki, qar yığınlarını çəhrayı rəngə boyayan maddə kalium permanqanatdır. Maddə sağlamlığa zərərlidir. […]